Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Qədərimi Allah yazıbsa, məndən nəyi sorğu-sualını edəcək?

SUAL:
Salam, Bir nəfər soruşur ki, deyir taleyimi, qismətimi yazan Allah, məndən nəyin sorğusunu çəkəcək?
CAVAB:

Vaaleykum salam.

Bu sualı verən şəxs nəyi demək istəyir?

Demək istəyir ki, hər şeyi yoxdan var edən Allah insanların nəyi necə edəcəklərini bilməkdən acizdir?

Yəni sual olunur: Hansı Xaliq daha qüdrətli və daha müdrik ola bilər? Yaratdığının halını yaratmamışdan öncə bilə bilən, yoxsa bunu bilməkdən aciz olan? 

Bax, qısa olaraq verilən sualın cavabı budur və çox sadədir. İnsanın qədəri (taleyi) isə Uca Yaradanın əzəli elminə bağlıdır. İnsana gəldikdə isə o etdiklərini öz iradəsi ilə edir, ona görə də əməllərinə görə cavab verəcək. Uca Yaradanın onun əməllərini əvvəlcədən bilməsi və bunu qeydə alması onu məsuliyyətdən azad etmir. Çünki Uca Allah insanın azad iradəsi ilə edəcəyi şeylərin nə olduğunu əzəldən bilirdi.

Təbii ki, qədər mövzusu geniş bir mövzudur. Ona görə də həmin şəxsə aşağıdakı məqalələri oxumağı tövsiyə edirik:

Hər şey qədərimizdə qeyd edilibsə, niyə əməl etməliyik?

Deistin qəzavü-qədər haqda bəzi şübhələrinə cavab