Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Namazda əlləri bağlamaq barədə
Vaaleykum salam va rahmatullah!
Təbii ki, bu haqda çoxsaylı hədis mövcuddur. Ümumiyyətlə, Peyğəmbərin namazda əllərini açdığına dair heç bir şey rəvayət olunmamışdır. Buna dair sünnətdə – hədislərdə heç bir şey yoxdur. Ondan bunun tam əksi nəql olunmuşdur. Vail ibn Hucr (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) namazını vəsf edərkən demişdir: “Allah rəsulunu sağ əlini sol əli üzərində, əllərini sinəsinə qoyarkən gördüm” (İbn Xuzeymə, 479, Beyhəqi, 2336.)
Həmçinin Səhl ibn Sədin (Allah ondan razı olsun) rəvayətində belə deyilir: “İnsanlara namazda sağ əli sol qolun üzərinə qoymaq əmr edilirdi”.(Buxari: 740, Muvatta: 291 və ya 426).