Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Mülk bölgüsü

SUAL:
Salam aleykum, hər vaxtınız xeyirli və bərəkətli olsun! Bir sualım var və dini baxımdan doğru cavab almaq istəyirəm. Əgər bir ata 18 sot torpaq sahəsini bölmək istəyirsə və bu torpaq mülkdür (ev deyil), o zaman bu sahəni 3 oğul və həyat yoldaşı arasında necə bölməlidir? Ata, sağlığında 1/3 hissəsini istədiyi şəkildə istifadə edə bilərmi? Dini baxımdan bu məsələ ilə bağlı məlumatı və mənbələri paylaşa bilərsinizmi? Öncədən təşəkkür edirəm!nn
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Əldə olan mülkü bir nəfərə vəsiyyət (hədiyyə) edib digər varisləri mirasdan məhrum etmək icazəli deyildir. Ona görə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm) mülkün 1/3 dən artığının vəsiyyət edilməsini qadağan etmişdir (Buxari, 1295 və Müslim, 1628).

Suala gəldikdə isə; Əgər vəfat edənin ana-atası sağ deyilsə, bu halda mülkün (ev, torpaq, pul və s.) 1/8 ananın payına düşür, yerdə qalan 7/8 isə qardaşlar arasınmda bərabər şəkildə bölüşdürülür.