Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Vəhhabi təriqəti

SUAL:
Salam aleykum Mən namaz qılmaq istəyirəm amma bəzi insanlar da deyirki sünni namazı elə vəhhabi namazıdı. Vəhhabilər həqiqətən də mövcuddurmu, Belə bir şey həqiqətən də varmı? İnsanların dediyi düzdü? Düzgün əqidə şiədi yoxsa sünni?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Haqq yol Peyğəmbərimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) və onun əshabının yoludur. Uca Allah ən-Nisa surəsi, 115-ci ayədə buyurur: "Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin (səhabələrin) yolundan başqa bir yolla getsə, onu elə üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir". Aydın məsələdir ki, bu ayə Peyğəmbər zamanında nazil olduqda yerüzündə onun əshabından başqa möminlər yox idi. Əhli sünnətin yolu da elə budur. 

Vəhhabilik barədə deyilənlərə gəldikdə isə hamısı cəfəngiyatdır. Sadəcə olaraq, əhli-sünnəyə (yəni sünnilərə) "Əhli-sünnə" deyib dil uzada bilmədiklərinə görə "Vəhhabi" deyib dil uzadırlar. "Vəhhabi" adda heç bir təriqət yer üzündə mövcud deyildir!