Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Namazda əllərin bağlanılması

SUAL:
Əssələmu Aleykum. Bir şiə qeyd edir ki, Əbu Humeyd Əs-Səidi adında səhabə Allah Rəsulunun namazını anladanda əlləri bağlamağı zikr etmir. Bu hədis əhli-sünnət kitablarında qeyd edilən bir hədisdir. Buna necə cavab vermək olar?
CAVAB:

Vaaleykum salam va rahmatullah

Bəli, qeyd etdiyiniz hədis  Əhli-sünnət kitablarında mövcuddur və səhihdir. Sualın cavabı isə çox sadədir: Namazın bütün əhkamları hər hansı bir hədisdə qeyd edilməmişdir. Bunun səbəbi isə, həmin hədisləri rəvayət edən səhabələrin məqsədlərinin namazın şəklini əvvəlindən sonuna qədər olduğu kimi rəvayət etmək deyil, məhz onlara lazım olan və çatdırmasını istədikləri məqamları qeyd etmək olmuşdur. O cümlədən də, bu hədis. Əbu Humeydin rəvayətində nəinki, əllərin bağlanılması, həmçinin namazın digər bəzi əhkamları da qeyd edilməmişdir. Bununla yanaşı Allah rəsulunun (sallallahu aleyhi və səlləm) namazı müxtəlif və çoxsaylı hədislər vasitəsilə tam və təfərruatlı bir şəkildə bizə nəql olunmuşdur. 

Əlavə olaraq:

Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) namazda əllərini bağlayıbmı?