Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Namazın qəzası barədə
Vaaleykum salam
İlk öncə dua edirik ki, Uca Allah sizi haqq üzərində sabit etsin!
1-ci sualın cavabı: Qəzaya ehtiyac yoxdur. Əsas odur ki, tövbə etdiyiniz gündən sonra ibadətlərinizdə sabit olasız və namazları qəzaya buraxmayasınız.
2-ci sualın cavabı: Namaz, vaxtı çıxdıqdan sonra qəzaya düşür. Məsələn, Sübh namazının vaxtı günəş doğanacandır. Deməli, günəş çıxdıqdan sonra Sübhün vaxtı bitir və qılınmamış namaz qəzaya düşür. Lakin indiki dönəmdə bunu bilmək çox asan və rahatdır. Çünki namaz təqvimləri mövcuddur. Namaz təqvimlərinə əsasən hər namazın başlama və bitmə vaxtını təyin etmək olur.