Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Namazda bəzi hərəkətləri edə bilmirəmsə,..

SUAL:
Salam men uzun muddetdir namaz qılmaq istəyirəm amma başlaya bilmirəm. Çünki namazda oturuşda ayağın üstündə oturmağı bacarmıram, ayağlarım, dizlerim ağrayır. Necə edə bilərəm? Bunun namaza ziyanı varmı? Birdə səcdə vəziyyətində ayaq barmaqlarımın hamısı bükülmelidir, mən bunu da bacarmıram. Bu cür səbəblərə görə qalmışam namaz qila bilmirəm xahis edirəm mənə köməklik edin, necə edə bilərəm? İndiden cox sağolun, təşəkkür edirəm!
CAVAB:

Vaaleykum salam.

Təbii ki, bu cür səbəblərə görə namaza başlamağı təxirə salmaq düzgün deyil. Əksinə, ilk fürsətdə - həmən namaza başlamalısız. Qeyd etdiyiniz səbəblərə gəldikdə isə, namazda nəyi, necə etməyi bacarırsınızsa, elə də edin. Təşəhhüddə necə otura bilirsinizsə, elə də oturun. Həmçinin səcdə edərkən ayaq barmaqlarını necə qoya bilirsinizsə, elə də edin! Bu kimi əməllər namazda müstəhəb, yəni vacib sayılmayan əməllərdir. Allahın dini isə çox asandır. Uca Allah bu haqda öz bəndələrinə belə xitab edir: "Allah dində sizin üçün heç bir çətinlik yaratmamışdır" (əl-Həcc, 78). "Allah heç kəsə gücü çatmayan şeyi yükləməz (əmr etməz)" (əl-Bəqərə, 286).