Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Namaz qılan hara baxmalıdır?
Vaaleykum salam va rahmatullah!
Ümumiyyətlə, namaz qılan, təşəhhüd halı istisna, bütün hallarda səcdə yerinə baxmalıdır.
Aişə anamız rəvayət edir ki, Allah rəsulu Kəbədə ikən namaz qıldıqda nəzərlərini səcdə yerindən ayırmadı (İbn Hibban 4/332, Hakim 1/652). Həmçinin tabiinlərdən Muhəmməd ibn Sirin, İbrahim ən-Nəxai və digərləri namaz qılanın namaz daxilində bütün hallarda səcdə yerinə baxacağını qeyd etmişlər (Əbdürrəzzaq, "əl-Müsənnəf" əsəri, 2/163).
Bundan yalnız təşəhhüd halı istisnadır. Belə ki, təşəhhüd halında namaz qılan şəhadət barmağına baxmalıdır. Çünki Allah rəsulu da belə edərdi (Əbu Davud, 990, Nəsai, 1275).