Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Yatsi (işa) namazinin ilk sünnəti varmı?

SUAL:
Salam aleykum xocam, men hənəfi məzhəbi üzərə namaz qılıram, Yatsı namazının ilk sünnəti səhih hədislərdə kəçirmi?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Xeyr, yatsı (işa) namazından əvvəl ratibə (yəni, fərzə bağlı sünnət) namazı yoxdur. Lakin istəyən kəs azan ilə iqamə arası iki rükət namaz qıla bilər. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm) demişdir: "Azan ilə iqamə arası namaz qılına bilər" (Buxari, 627 və Müslim, 838). Həmçinin, ümumiyyətlə Məğrib namazı ilə Yatsı (işa) namazı arasında istənilən sayda namaz qılmaq olar. Ənəs ibn Malik demişdir: "Allah rəsulu məğrib ilə yatsı (işa) arası namaz qılardı" (Beyhəqi, 4752).