Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Duha namazı

SUAL:
Salamun aleykum. Duha namazı barədə məlumat istəyirəm. Nə vaxt qılınır və neçə rükətdir?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Duha namazı müstəhəb namazlardan biridir. Digər adı isə “Əvvabin namazı”dır.[1] Səhər vaxtı qılındığına görə “Duha” adlanmışdır.[2]

Duha namazının vaxtı barədə Zeyd ibn Ərqam Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini nəql etmişdir: “Əvvabinlərin (tövbə edənlərin) namazı dəvə balasının isinişən vaxtıdır”.[3] Yəni səhər çağı dəvə balalarının günəş şüalarının hərarətini ayaqlarında hiss etdikləri və qızışdıqları vaxt.

Duha namazı ən az iki rükət qılına bilər. Çünki Peyğəmbər belə demişdir: “Bütün bunları səhər çağı qılacağın iki rükət əvəz edər”.[4]

Duha namazını iki rükətdən də artıq qılmaq olar. Aişə anamız rəvayət edir ki, Peyğəmbər  Duha namazını dörd rükət qılar və istədiyi qədər də artırardı.[5]

Əbu Hureyrə  belə demişdir: “Can dostum r mənə üç şeyi: hər ayın üç gününü oruc tutmağı, iki rükət duha namazını və yatmadan öncə vitr namazını qılmağı tövsiyə etmişdir”.[6]

 


[1] Yəni “tövbə edənlərin namazı”.

[2] Yəni “açılan səhər”.

[3] Müslim, 748.

[4] Müslim, 720, Əbu Davud, 1285.

[5] Müslim, 719.

[6] Buxari, 1981, Müslim, 721, Əbu Davud, 1432, Tirmizi, 760.