Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Oruc ve qüsl haqqında

SUAL:
Salam Aleykum. Qadın oruclu ikən aybaşı olarsa, orucu açmalıdır yoxsa davam etməlidir? Heyz ve cenabet qüsulu destemazı evez edirmi? Yeni bu qüsülla namaz qılmaq olarmı? Her şeye göre çox sağ olun!
CAVAB:

Vaaleykum salam va rahmatullah!

1. Bəli, qadın aybaşı olduqda orucunu açmalıdır. Çünki bu halda orucu pozulmuş sayılır və həmin günün qəzasını sonradan tutmalıdır.

2. Bəli, heyz və cənabət qüslü dəstəmazı əvəz edir. Belə halda dəstəmaz almadan birbaşa namaz qılmaq icazəlidir.

Əlavə məlumat üçün:

Heyz (aybaşı), Nifas vaxtı Oruc, Namaz üzrləri | Qadın məsələləri #1