Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Süd verən qadın iftar edə bilərmi?

SUAL:
Süd verən qadın oruc tutmaya bilərmi? O nə vaxt qəza etməlidir? Orucun əvəzinə yemək yedizdirə bilərmi?
CAVAB:

Süd verən qadın oruc tutmaqla südün azalacağından, bunun da uşağına zərər verəcəyindən qorxarsa bu zaman iftar edə bilər amma sonra həmin bu orucun qəzasını tutmalıdır. Çünki onun vəziyyəti xəstənin vəziyyətinə oxşayır. Bu səbəb getdikdən sonra o orucunu tutmalıdır və əgər bu il tuta bilməsə o birisi il tuta bilər. Orucun əvəzinə kəffarə olaraq yemək vermək isə həmin səbəb və ya xəstəliyin daimi olması zamanı edilir