Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Qaş almaq

SUAL:
Salam Aleykum Qaşların ortasını almaq icazəlidirmi? Öncədən təşəkkürlər, Allah razı olsun.
CAVAB:

Vaaleykum salam

İlk öncə onu qeyd edək ki, qadının qaşını alması və ya aldırması icazəli deyildir, Peyğəmbər (Allahın ona salamı olsun!) qaş alanı və aldıranı lənətləmişdir:

Qadın qaşını ala bilərmi?

Sualda qeyd edilən məsələyə gəldikdə isə, İslam alimləri bu məsələdə ixtilaf etmişlər. Bəziləri iki qaş arasında olan tükləri qaşdan saymış, bəziləri isə qaşdan saymamışdır. Doğru olan qaşdan sayılması rəyidir. Bu baxımdan da ən yaxşısı  iki qaş arasındakı tüklərə əl dəyməməkdir. Lakin, əgər qadını eybəcər göstərəcək şəkildədirsə və buna görə qadın hətta insanlar arasına çıxmaqdan utanırsa və s. bu kimi hallarda həmin tükləri götürməsində bir problem yoxdur.