Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Heyizli halda oruc tutmaq

SUAL:
Salam. Heyz axşam bitib gece qüsul alinib oruc tutulub. Gunortaya yaxın yeniden heyz başlayib. Ama orucu pozmayib axşamacan tutulub.Bu oruc qebul olunur yoxsa qezaya yazilir? Ve yeniden qusul alinmalidir?
CAVAB:

Vaaleykum salam

1-cisi: tutduğunuz oruc batildir. gərək həmin günü oruc tutmazdınız. O günün orucunu qəza etməli və heyzdən təmizləndikdən sonra qüsl almalısınız

2-cisi: əgər sizdə hər dəfəsində bu cür olursa; yəni heyz adət günlərində ortada və ya axıra yaxın bir gün qan gəlmir və sonra yenidən gəlirsə, ortada olan həmin gün də heyz günü hökmündə sayılır. Yəni tam təmizləndikdən sonra qüsl almalısınız.