Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Heyz (aybaşı), Nifas vaxtı Oruc, Namaz üzrləri | Qadın məsələləri #1

Müsəlman bacım!
Heyz və Nifas ele mühüm şeylərdir ki, onlar barədə həm Quranda, həm də Sünnədə danışılmış, ehkamları izah edilmişdir.
Allah belə buyurur: “Səndən heyz barəsində soruşurlar. De: Bu, əziyyətverici bir haldır. Heyz vaxtı qadınlarla yaxınlıq etməkdən uzaq olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da.” (Bəqərə:222) Ayədən məlum olur ki, bu məsələ daima soruşulur və bu ibadətlərin düzgün və ya səhv olmasına təsir edir.


İbadətlər zamanı heyz və nifasın hökmləri ilə əlaqəli verilən çoxsaylı sualları nəzərə alaraq, tez‐tez qarşıya çıxan və daima təkrarlanan sualları qısa və müxtəsər olaraq cavablandırmağı qərara aldıq.

Heyz və nifasın namaz və orucla əlaqəli bəzi hökmləri

Sual 1: Əgər qadın qırx gündən tez nifasdan qurtararsa, namaz qılıb oruc tutması vacibdirmi?
Cavab: Bəli, qadın nə zaman nifasdan qurtararsa (qırx gündən tez olsa belə), namaz qılması və Ramazan ayındadırsa, oruc tutması vacibdir. Ərinin onunla yaxınlıq etməsi də icazəlidir.
Sual 2: Əgər qadının heyz müddəti adəti üzrə yeddi və ya səkkiz gün olarsa, sonra bəzi aylarda adətindən fərqli olaraq, heyz günlərinin sayı azalar və ya artarsa, qadın nə etməlidir?
Cavab: Əgər qadının heyz müddəti yeddi və ya səkkiz gün olarsa, sonradan bu müddət artıb doqquz, on və ya on bir günə keçərsə, qadın heyzdən qurtarmasını gözləyir və namaz qılmır. Heyzin müəyyən bir müddəti yoxdur. sonrakı aylarda heyz günlərinin sayı azalarsa (beş və ya altı günə keçərsə), qadın heyzdən qurtardığı vaxtdan qüsl alıb namaza başlayır.

Sual 3: Nifaslı qadın tam qırx gün namazı və orucu tərk edib gözləməli, yoxsa qanın dayandığı vaxtdan namaz və oruca davam etməlidir? Nifasın ən az müddəti neçə gündür?
Cavab: Nifas günlərinin azlığında müəyyən bir müddət yoxdur. Nə qədər ki, nifas qanı davam edir, qadın namaz və orucu tərk etməlidir. Həmçinin ərinin onunla yaxınlıq etməsi də qadağandır. Qadın nifasdan qurtardıqdan sonra, – qırx gündən tez, on və ya on beş günə olsa belə – həmin vaxtdan namaz qılıb oruc tutur və ərinin onunla ya‐ xınlıq etməsi caiz olur.
Lakin qan qırx gündən artıq davam edərsə, məsələn, altmış gün olarsa bu qan istihazə hökmü daşıyır. İstihazə, heyz və nifas istisna olmaqla, bəlli olmayan vaxtlar‐ da qadının uşaqlığından gələn qandır.

Belə halda qadın qırx gündən sonra əlavə olaraq adəti üzrə heyz günlərinin sayı qədər gözləyir, sonra qüsl alıb ibadətinə davam edir. Bundan sonra qadından qan gələrsə, o, sadəcə hər namaz vaxtı bu qandan təmizlənib dəstəmazını təzələyir.

Sual 4: Əgər heyzdən təmizləndikdən sonra qadından az‐az qan damcıları ifraz olarsa namaz qılmalıdırmı?
Cavab: Bəli, qılmalıdır. İfraz olan qan damcıları isə heyzdən sayılmır. Çünki o qan, damarlardan gələn qandır. Əli ibn Əbu Talibin (radıyallahu anhu) belə dediyi rəvayət olunur: “Bu cür qan damcıları burun qanaxmasına bənzəyir və heyz sayılmır.”
Lakin qeyd etmək lazımdır ki, belə bir hal qadının adəti üzrə heyz günlərində baş verərsə, bu qan heyz qanı sayılır.

Sual 5: Əgər qadın heyz qanının gələcəyini və ya heyz ağrılarını hiss edərsə, lakin hələ qan gəlməzsə namaz qılmalıdırmı?
Cavab: Bəli, əgər qadının heyz ağrıları olarsa və ya heyz olacağını hiss edərsə, qan ifraz olmazsa, namaz qılmalıdır.

Sual 6: Əgər qadın məsələn zöhr namazının vaxtı girdikdən sonra, namazı qılmadan öncə heyz olarsa, təmizləndikdən sonra o namazın qəzasını qılmalıdırmı?
Cavab: Bu məsələdə alimlər arasında ixtilaf var. Bəzi alimlər deyir ki, qadına heyzdən təmizləndikdən sonra həmin namazın qəzasını qılmaq lazım deyildir. Çünki o səhlənkarlıq etməyib və zöhr namazının vaxtı uzun olduğuna görə onu vaxtı girən kimi qılmayıb. Bəzi alimlər isə qəzanın qılınmasını Peyğəmbərin
bu hədisinə görə lazım görür: “Kim namazın bir rükətinə (vaxtı çıxmazdan əvvəl) yetişərsə, artıq həmin namaza yetişmiş olar.” (Buxari) Ona görə yaxşıdır ki, qadın təmizləndikdən sonra hər ehtimala görə həmin namazın qəzasını qılsın. Çünki bir namazın qəzasını qılmaq heç bir çətinlik törətmir.

Sual 7: Əgər qadın heyz və ya nifasdan əsr namazının vaxtında qurtararsa, əsr namazı ilə birlikdə zöhr namazını da qılmalıdırmı?
Cavab: Əgər qadın məğrib girməmiş əsr namazın vaxtında təmizlənirsə onda həm zöhrü həm də əsri qılır. Lap əsrin vaxtının çıxmasına bir rükət qədər vaxt qalarsa zöhr və əsr onun boynundadır. Qüsul alıb məğribin vaxtına keçsə belə onları qılır.

Eləcə də, Fəcrin vaxtı girməmiş təmizlənərsə, onda Məğrib və işanı qılır.
Fəcrin, Zöhrün, Məğribin vaxtında təmizlənərsə, ancaq o namazları qılır


Sual 8: Əgər qadının uşağı düşərsə və bu hal uşağın (yəni rüşeymin) ana bətnində insan şəklində formalaşmasından sonra baş verərsə, qadının namazının və oruc tutmasının hökmü necədir? Ümümən hamilə qadından gələn qanların növləri və təsirləri nədir
Cavab: Əgər rüşeym ana bətnində tam formalaşmazdan əvvəl düşərsə (elm əhli deyir ki, formalaşmanın ən az müddəti 81 gündür) ondan ifraz olan qan nifas qanı deyildir, buna görə də qadın namazına davam etməlidir və oruc tutması da düz gündür. Lakin bu hal rüşeymin insan şəklində for‐malaşmasından sonra baş verərsə, ifraz olan qan nifas hökmü daşıyır və nifasdan qurtarana qədər namaz qılmaq və oruc tutmaq qadağan sayılır.

Sual 9: Qadın hamiləliyin əvvəlində avtomobil qəzası nəticəsində güclü qanaxmadan uşaq salarsa, Namazı tərk etməlidir? Orucunu aça bilərmi, yoxsa orucuna davam etməlidir? Əgər orucunu açarsa, günah qazanırmı?
Cavab: İmam Əhmədin (Rahiməhullah) dediyi kimi deyə bilərik ki, adətən hamilə qadın heyz olmur. Lakin ola bilər ki, bəzi qadınlar hamiləlik dövründə adəti üzrə, hamiləlikdən əvvəl olduğu kimi heyz olsun. Belə olduqda qadın heyz vaxtı qadağan olan şeylərdən uzaq olmalıdır. Ümumiyyətlə, hamilə qadından ifraz olan qan iki növ olur:
Birinci növ qan heyz hökmü daşıyır. Belə ki, əgər qadın hamilə olduqdan sonra adəti üzrə hər ay heyzi davam edərsə, bu, onun orucunu pozur və bu müddətdə namaz qılması da qadağan olur. Çünki hamilə qadının heyzi hamilə olmayan qadının heyzi ilə eyni hökmü daşıyır.
Hamilə qadından gələn qanın heyz qanı olub‐olmadığını bilmək üçün baxmaq lazımdır ki, qadın uşağa qaldıqdan sonra ondan gələn qan əvvəlki aylarda adəti üzrə gələn qanın vaxtı ilə eyni vaxta düşərsə bu, heyz qanı sayılır.
Lakin qadın hamilə olduqdan sonra hər ay adəti üzrə heyz olmazsa və sonradan hamiləlik dövründə müxtəlif vaxtlarda heyz qanından fərqli olan qan ifraz olarsa, bu qan heyz qanı yox, damarlardan gələn qan sayılır və qadının orucuna heç bir təsir göstərmir.
İkinci növ qan isə hər hansı bir hadisə (yıxılmaq, ağır şey qaldırmaq və s.) nəticəsində ifraz olan qandır ki, bu da heyz qanı sayılmır. Buna görə də bu qan qadının oruc tutmasına və namaz qılmasına mane olmur..
Düşən uşaq 81 günlükdən azdırsa, onda namaz və oruca mane yoxdur. 81 günlük və daha çoxdursa, onda qadın nifas hökmündə olur, nifas dayanana qədər namaz və oruc tutmur, əri ilə yaxınlıq etmir


Sual 10: Bir qadın soruşur ki, bir il öncə hamiləliyinin üçüncü ayında uşaq salmış və təmizlənənə qədər namaz qılmamış, sonra eşitmiş ki, namazı tərk etməsi düzgün olmayıb və namazı tərk etdiyi günlərin sayını da dəqiq bilmir. İndi o nə etməlidir?
Cavab: qadın uşaq saldığı vaxtı dəqiqləşdir‐ məli və əgər səksən bir gündən tez uşaq salıbsa, tərk etdiyi namazların qəzasını qılmalıdır. Tərk etdiyi namazların sayını bilmirsə, təxmini olaraq ən çox sayı götürməlidir.


Sual 11: Əgər qadından adəti üzrə heyz vaxtı bir və ya bir neçə gün qan ifraz olarsa və sonrakı gün qan ifrazı tamamilə dayanarsa, qadın nə etməlidir?
Cavab: Görünür ki, bu hal (yəni qan ifrazının müvəqqəti dayanması) tam təmizlənmək sayılmır və qadın heyz halında olaraq qalır. Bəzi elm əhli isə deyir ki, qadından bir gün qan ifraz olarsa və sonrakı gün dayanarsa, qan ifraz olduğu gün namazı tərk edir, qan ifraz olmadığı gün isə qüsl alıb namazını qılır. Bu hal (bir gün gəlib bir gün gəlməmə) on beş gündən artıq davam edərsə, qan istihazə hökmü daşıyır. Belə halda qadın ifraz olan qandan təmizlənib hər namaz üçün ayrıca dəstəmaz almalıdır. Bu rəy imam Əhmədin
məzhəbində məşhur rəydir.

Sual 12: Bəzi qadınlarda heyz bitdikdən sonra qan ifrazı bir‐iki gün dayanır, sonra yenidən davam edir. Bu halda qadın namaz və oruc kimi ibadətləri necə etməlidir?
Cavab: Çox alimlərin fikrinə görə, qadın adəti üzrə heyzi qurtaran vaxtdan qüsl alıb ibadətinə davam edir. Ondan iki və ya üç gün sonra ifraz olan qan isə heyz qanı sayılmır.
Bəzi elm əhli isə deyir ki, qadından qan gəldikdə, heyz halında hesab olunur, qan dayandıqda isə təmizlik halında hesab olunur.


Sual 13: Heyzin son günlərində qadından qan ifrazı dayanarsa, lakin əksər qadınlarda heyzin qurtarma əlaməti olan ağ rəngli maye ifraz olmazsa, qadın namaz qılıb oruc tutmalı, yoxsa heyzin qurtarma əlaməti olan ağ rəngli mayenin ifraz olmasını gözləməlidir?
Cavab: Əgər qadından heyzin sonunda heç zaman ağ maye ifraz olmamışsa, qan ifrazının dayandığı vaxtdan qüsl alıb ibadətinə davam etməlidir. Lakin heyzin sonunda həmişə ağ maye ifraz olmuşsa, qadın ağ mayenin ifrazını gözləməli və sonra qüsl alıb ibadətlərini yerinə yetirməlidir.


Sual 14: Heyzli və ya nifaslı qadına zəruri halda (məsələn, müəllimə və ya tələbədirsə) Quranı əzbərdən və ya üzündən oxumaq olarmı?
Cavab: Ehtiyac olan zaman heyzli və ya nifaslı qadının Quran oxuması icazəlidir. Lakin savab qazanmaq niyyəti ilə Quran oxumasına əksər alimlər icazə vermir. Buna görə də çəkinməsi daha üstündür.


Sual 15: Qadının paltarına heyz qanı dəyməzsə, heyzdən qurtardıqdan sonra həmin paltarı dəyişməsi lazımdırmı?
Cavab: Xeyr, paltarı dəyişməsi lazım deyil. Çünki heyz qanı bədəni yox, sadəcə dəydiyi yeri nəcasətləndirir. Buna görə də Peyğəmbər
qadınların paltarına heyz qanı dəydikdə onu yumağı və sonra o paltarda namaz qılmağı əmr edərdi.


Sual 16: Əgər hamilə qadından doğuşdan bir və ya iki gün əvvəl qan gələrsə, qadın bu səbəbdən namazı və orucu tərk etməlidirmi?
Cavab: Əgər qadın ondan gələn qanla bərabər doğuş sancıları da hiss edərsə, namazı və orucu tərk edir. Çünki bu qan nifas qanıdır. Lakin qadın doğuş sancıları hiss etməzsə, namazı və orucu tərk etmir. Çünki gələn qan onun ibadətinə mane olmur.


Sual 17: Əgər qadın namaz əsnasında heyz olarsa, nə etməlidir və heyz müddətində tərk etdiyi namazların qəzasını qılmalıdırmı?
Cavab: Əgər qadın namazın vaxtı girdikdən sonra, (məsələn: günorta namazı girdikdən yarım saat sonra) heyz olarsa, təmizləndikdən sonra həmin namazın qəzasını qılmalıdır.
Heyz olduğu vaxtda tərk etdiyi namazların qəzasını isə qılmır. Həmçinin elm əhli ittifaq etmişdir ki, heyz müddətində tərk edilən namazların qəzası qılınmır.

Sual 18: Əgər qadın nifasdan təmizləndikdən iki ay sonra az‐az qan damcıları görərsə, nə etməlidir?
Cavab: ümumi qayda odur ki, qadın heyz və ya nifasdan təmizləndiyindən əmin olarsa (yəni, heyzin sonunda qadınlara məlum olan ağ maye ifraz olarsa), ondan sonra gələn sarı və ya bulanıq maye, yaxud tər onun ibadətinə heç bir maneə törətmir. Bu, qadının namaz qılıb oruc tutmasının qarşısını almır. Ummu Atiyyə (radıyallahu anhə) belə rəvayət etmişdir: “Biz (heyzdən sonra gördüyümüz) sarı rəngli və ya bulanıq mayeni heyzdən hesab etməzdik.” (Buxari) Bu hədisə əsasən, qadın təmizləndiyindən əmin olarsa, ondan sonrakı ifrazat heç bir maneə törətmir, qadın namazını qılıb orucunu tutmalıdır. Ərinin onunla yaxınlıq etməsi də icazəlidir.
Lakin qadın gərək tələsməsin. Çünki bəzi qadınlar qan dayanan kimi tam təmizlənməsindən əmin olmamış qüsl alıb namaza başlayır. Səhabə qadınlar heyzdən qurtarmalarından əmin olmaq üçün möminlərin anası Aişədən soruşduqda, o onlara ağ mayeni görənə qədər tələsməməyi tövsiyə edərdi.

Sual 19: Bir qadının daimi qanaxması var və bu, bir xəstəlikdir (istihazədir). Namazları necə etsin? Qarşıdan Ramazan ayı gəlir, bu halda onun necə etməsi barədə yol göstərmənizi xahiş edirik.”
Cavab: Bu cür qanaxması olan qadın, xəstəlikdən öncəki vaxtlarda adəti üzrə heyz olduğu günlərdə namazı və orucu tərk etməlidir. Məsələn: Qadın hər ayın əvvəlində yeddi gün heyz olurdusa, xəstəlik olan müddətdə də hər ayın əvvəlində yeddi gün namazı və orucu tərk edir. Bundan sonra isə qüsl alıb, ibadətinə davam edir. Lakin hər namazın vaxtı girdikdə xüsusi yuyunub təmizlənməli və qan ifrazının qarşısını bir şeylə müvəqqəti alıb, namazını qılmalıdır. Həmçinin nafilə namaz qılmaq istədikdə də bu cür edə bilər. Belə bir halda çətinlik olduğuna görə qadın zöhr namazını əsrlə, məğrib namazını isə işa ilə birləşdirə bilər. Yəni gün ərzində beş dəfə yox, üç dəfə namaz qıla bilər. Təkrar olaraq qeyd edirəm ki, qadın hər dəfə xüsusi olaraq yuyunmalı və qan ifrazının qarşısını aldıqdan sonra dəstəmaz alıb namaz qılmalıdır. Lakin namazları qısaltmır. Zöhr namazını dörd rükət, əsr namazını dörd rükət, məğrib namazını üç rükət, işa namazını dörd rükət fəcr namazını isə iki rükət qılır. Zöhr namazı ilə əsr namazını birləşdirib istər zöhrün vaxtında, istərsə də əsrin vaxtında qıla bilər. Eləcə də məğrib namazı ilə işa namazını birləşdirib istər məğribin vaxtında, istər‐ sə də işanın vaxtında qıla bilər. İstəsə, həmin dəs‐ təmazla nafilə namazları da qıla bilər

Sual 20: Heyzli qadının Məscidül‐həramda xütbə və hədislərə qulaq asması düzgündürmü?
Cavab: Heyzli qadının hər hansı bir məsciddə oturması qadağandır. Lakin məsciddən keçməsi, yaxud məscidə girib oradan bir şey götürməsi ica‐ zəlidir. Muslimin rəvayət etdiyi hədisdə belə deyi‐ lir: “Bir dəfə Peyğəmbər
Aişəyə (radıyallahu anhə) namaz xalçasını gətirməyi əmr edir. Aişə (radıyallahu anhə) deyir: “Xalça məsciddədir, mən isə heyzəm”. Peyğəmbər deyir: “Heyzin sənin ixtiyarında deyil.”1

Heyzli qadın məscidə qan düşməməsindən əmin olarsa, oradan keçə bilər. Lakin oturub qal‐ ması qadağandır. Buna dəlil Peyğəmbərin bütün qadınlara bayram namazına çıxmağı əmr etməsidir. Lakin Peyğəmbər heyzli qadınlara namaz qılınan yerdən uzaq olmağı əmr edir. Bu da heyzli qadının məsciddə oturub dərsə, xütbəyə qulaq asmasının qadağan olmasına dəlildir.

Namaz zamanı təharətin bəzi hökmləri


Sual 1: Qadından ifraz olan ağ və ya sarı maye pakdır, yoxsa nəcasət? Bu ifrazat ara vermədən gələrsə dəstəmazı pozurmu? Bəs fasilə ilə olarsa, hökmü necədir? Qeyd edim ki, bəzi qadınlar onu rütubət hesab edirlər.
Cavab: Araşdırmadan sonra aydın olur ki, qadından ifraz olan maye sidik yolundan deyil, uşaqlıqdan gələrsə pak sayılır, lakin o pak olsa belə, dəstəmazı pozur. Çünki dəstəmazı pozan amillərin nəcasət olması şərt deyil. Necə ki, arxadan çıxan qaz nəcasət deyil, lakin dəstəmazı pozur. Buna əsasən, əgər dəstəmazlı qadından belə bir maye ifraz olarsa, bu, onun dəstəmazını po‐ zur və onun yenidən dəstəmaz alması vacib olur. Əgər bu hal davamlı olarsa, dəstəmazı pozmur. Ancaq namazın vaxtı girdikdə dəstəmaz alır və həmin vaxt fərz və nafilə namazlarını qılır və Quran oxuyur. Qadın bu vaxt ona mübah olan şeylərdən istədiyini edə bilər. Elm əhli deyir ki, bu, sidiyini saxlaya bilməyən xəstələr kimidir. Elə buna görə də demək olar ki, qadından gələn bu cür maye pakdır, lakin dəstəmazı pozur. Davamlı olduqda isə pozmur. Ona görə də qadın namazın vaxtı girdikdə, təmiz yuyunub ifrazatın qarşısını almalı və bununla ibadətini yerinə yetirməlidir.
Lakin ifrazat arası kəsilərək, fasilə ilə olarsa, bu zaman qadın namazını bir qədər gecikdirib, ifrazatın dayandığı vaxtda qılmalıdır. Əgər namazın vaxtının çıxmasından qorxarsa, öncə dediyimiz kimi, təmiz yuyunub ifrazatın qarşısını almalı və bununla ibadətini yerinə yetirməlidir.


Sual 2: Əgər qadından arası kəsilmədən maye ifraz olarsa həmin qadın dəstəmaz alıb fərz namazını qıldıqdan sonra digər fərz namazına qədər həmin dəstəmazla nafilə namazları qılıb, Quran oxuya bilərmi?
Cavab: Bəli, namazın vaxtı girdikdən sonra aldığı dəstəmazla ondan sonrakı namazın vaxtına qədər fərz və nafilə ibadətlər edə bilər.


Sual 3: O cür halda olan qadın sübh namazının dəstəmazı ilə duha namazını da qıla bilərmi?
Cavab: Xeyr, qıla bilməz. Çünki duha namazının özünün ayrıca vaxtı var. Onun üçün ayrıca dəstəmaz alınmalıdır. Bu, istihazə halı kimidir. Peyğəmbər
istihazə olan qadına hər namaz üçün dəstəmaz almağı əmr etmişdir.


Sual 4: O cür halda olan qadın gecənin yarısı olduqda işa namazının dəstəmazı ilə gecə namazını qıla bilərmi?
Cavab: Bu məsələdə ixtilaf var. Lakin düzgün rəy odur ki, yenidən dəstəmaz almalıdır.


Sual 5: İşa namazının vaxtı nə zaman bitir və bunu necə bilmək olar?
Cavab: İşa namazının vaxtı gecə yarısı bitir. Bunu günəşin batması ilə sübhün girməsi arasın‐ dakı vaxtı yarı bölməklə bilmək olur. Gecənin ilk yarısında işa namazının vaxtı bitir. İkinci yarısı isə işanın vaxtından deyil, lakin işa ilə sübhün arasındakı bərzəx vaxtı hesab edilir.


Sual 6: Əgər qadından fasilə ilə maye ifraz olarsa və dəstəmazı bitirib namaza başlamaq istədiyi vaxt təkrar maye gələrsə, qadın nə etməlidir?
Cavab: Əgər maye ifrazı fasilə ilə olarsa, qadın ifrazatın dayandığı vaxtı gözləməlidir. Lakin bəlli bir vaxtı olmazsa, o zaman namazın vaxtı girdik‐ dən sonra dəstəmaz alıb namaz qılır, bununla da üzərinə heç bir şey vacib olmur.


Sual 7: Həmin ifrazat paltara və ya bədənə dəyərsə, nə etmək lazımdır?
Cavab: Əgər gələn maye təmiz, pak olarsa heç bir şey gərək deyil, lakin sidik yolundan gələrsə yuyunub‐təmizlənməsi vacibdir.

Sual 8: Bu ifrazata görə dəstəmaz alarkən dəstəmaz yerlərini yumaqla kifayətlənmək olarmı?
Cavab: Bəli, bir şərtlə ki, həmin ifrazat sidik yolundan deyil, uşaqlıqdan gəlsin. Bu halda dəstəmaz yerlərini yumaqla kifayətlənmək olar.


Sual 9: Səhabə qadınlar dini məsələləri soruşmağa həris idilər. Bəs səbəb nədir ki, qadından gələn bu cür mayenin dəstəmazı pozub‐pozmamağına dair Peyğəmbərdən heç bir hədis rəvayət olunmayıb?
Cavab: Çünki bu, bu cür maye hər bir qadından gəlmir.


Sual 10: Əgər qadın elmsizlik ucbatından dəstəmaz almayıbsa, bunun hökmü nədir?
Cavab: O qadının Allaha tövbə etməsi və bu haqda elm əhlinə müraciət etməsi vacibdir.


Sual 11: Heyzdən bir və ya bir neçə gün əvvəl bulanıq rəngdə və ya qara, qəhvəyi rəngdə nazik ip kimi ifraz olan mayenin hökmü nədir? Bu, heyzdən sonra olarsa, nə etmək lazımdır?
Cavab: Əgər bu hallar heyzin başlanğıcında olarsa, heyzdən sayılır və bu adətən heyzdən əvvəl olan ağrı və sancı əlamətləri ilə bilinir. Lakin heyzdən sonra gələn bulanıq mayeyə görə, qadın tam təmizlənməsini gözləməlidir. Çünki o, heyzin arxasınca gəldiyinə görə heyzdən sayılır. Aişə (radıyallahu anhə) qadınlara (heyzdən sonra gələn) ağ mayeni görənə qədər tələsməməyi tövsiyə edərdi. Allah daha yaxşı bilir.
Ağ maye gəlmirsə, qan dayandıqdan sonra qadın pambıqla quru təmiz olmağı yoxlaya bilər

ORUC VƏ RAMAZAN

Sual 1: Qadın Ramazan ayında nifas olduğuna görə yeddi gün oruc tutmayıb. Sonrakı ilin Ramazan ayına qədər xəstə olduğu üçün həmin o yeddi günün qəzasını tuta bilməyib. Artıq üçüncü Ramazan yaxınlaşır. Qadın nə etməlidir?
Cavab: Əgər qadın orucun qəzasını həqiqətən xəstəliyi üzündən tuta bilməyibsə, ona günah yoxdur, nə zaman bacarsa, onda da qəzasını tutmalıdır. Lakin üzrsüz səbəbdən qəza orucunu ikinci Ramazana qədər gecikdirməsi düzgün deyil, günah daşıyır. Həmin qadın tezliklə Allaha tövbə etməli və yaxın bir zamanda qəza orucunu tutmalıdır. Əgər bu ramazana qədər də tuta bilməyibsə, ramazan bitən kimi qəzalarını tutmalıdır.
Lakin üzrlü səbəbdən qəzanı nə qədər gecikdirsə, günah qazanmır.

Sual 2: Əgər Ramazan ayında qadından az‐az qan damcıları ifraz olarsa və bu hal Ramazanın axırına qədər davam edərsə, qadın oruc tutmalıdırmı və orucu düzgün sayılırmı?
Cavab: Bəli, qadın oruc tutmalıdır və orucu düzgündür. İfraz olan qan damcıları isə heyzdən sayılmır. Çünki o qan, damarlardan gələn qandır. Əli ibn Əbu Talibin (radıyallahu anhu) belə dediyi rəvayət olunur: “Bu cür qan damcıları burun qanaxmasına bənzəyir və heyz sayılmır.”

Sual 3: Əgər oruclu qadın heyz qanının gəlməsini və ya heyz ağrılarını hiss edərsə, lakin günəşin batmasına qədər qan ifraz olmazsa, həmin günün orucu düzgündürmü?
Cavab: Bəli, əgər qadının heyz ağrıları olarsa və ya heyz olacağını hiss edərsə, lakin günəş batana qədər qan ifraz olmazsa, onun tutduğu oruc düzgündür. Vacib orucdursa, sonradan qəza etməsi lazım deyil. Nafilə orucdursa, savabı batil sayılmır.

Sual 4: Əgər oruclu qadından qan ifraz olarsa, lakin o bu qanın heyz qanı olmasına əmin olmazsa, həmin günün orucu düzgündürmü?
Cavab: Bəli, qadının orucu düzgündür. Belə ki, qadın ifraz olan qanın heyz qanı olmasına əmin olmayınca, o qan heyzdən sayılmır.


Sual 5: Əgər oruclu qadın günün müxtəlif vaxtlarında çox az‐az qan damcıları görərsə və bu hal bəzən adəti üzrə heyz vaxtlarında, bəzən də adi günlərdə baş verərsə, hər iki halda qadının orucunun hökmü necədir?
Cavab: Buna oxşar suala bir az öncə cavab verilmişdir. Lakin qeyd etmək lazımdır ki, belə birhal qadının adəti üzrə heyz günlərində baş verərsə, bu qan heyz qanı sayılır.


Sual 6: Heyzli və ya nifaslı qadının Ramazan günlərində yeyib‐içməsi icazəlidirmi?
Cavab: Bəli, icazəlidir. Lakin yanındakı oruclu adamlara əziyyət verməmək üçün gizlində yeməsi daha yaxşıdır.

Sual 7: Ramazan günlərində hamilə qadından ifraz olan qan onun orucuna təsir göstərirmi?
Cavab: Əgər qadından oruc zamanı heyz qanı gələrsə, onun orucu pozulur. Peyğəmbər demişdir: “Məgər (qadın) heyz olduğu zaman namazını və orucunu tərk etmirmi?” (Buxari). Bu hədisə əsasən heyz və nifas, orucu pozan amillərdən sayılır. Hamilə qadından Ramazan günlərində heyz qanı ifraz olarsa, bu, onun orucunu pozur. Çünki hamilə qadından gələn qanın hökmü, hamilə olmayan qadından gələn heyz qanının hökmü ilə eynidir. Əgər ifraz olan qan heyz qanı olmazsa, bu orucu pozmur. Hamilə qadından gələn qanın heyz qanı olub‐olmadığını bilmək üçün baxmaq lazımdır ki, qadın uşağa qaldıqdan sonra ondan gələn qan əvvəlki aylarda adəti üzrə gələn qanın vaxtı ilə eyni vaxta düşərsə bu, heyz qanı sayılır. Lakin uşağa qalandan sonra hamiləlik dövründə müxtəlif vaxtlarda heyz qanından fərqli olan qan ifraz olarsa, bu heyz qanı sayılmır və qadının orucuna heç bir təsir göstərmir.


Sual 8: Oruc tutmaq niyyəti ilə heyzin qarşısını almaq üçün qəbul edilən həblər haqqında nə deyə bilərsiniz?
Cavab: qadınları bundan çəkindiririk, çünki həmin həblərin çox zərərli olması tibdə də sübut edilmişdir. Həmçinin heyz Allahın qadınlara yazdığı qədərdir və onlar bununla razılaşmalıdırlar. Belə ki, heç bir maneə olmadığında qadın oruc tutmalı, maneə yarandıqda isə Allahın yazdığı qədərdən razı qalaraq, iftar etməlidir.


Sual 30: Bir qadın soruşur ki, üzərinə oruc vacib olandan (həddi‐buluğa çatandan) bəri hər il Ramazan oruclarını tutmuş, lakin heyz olduğuna görə oruc tutmadığı günlərin qəzasını sonradan tutmamışdır. Qəza etdiyi günlərin sayını da bilmir. Belə halda qadın nə etməlidir?
Cavab: Mömin qadınlar arasında belə halların olması bizi təəssüfləndirir. Belə hallar ya elmsizlik, ya da səhlənkarlıq üzündən baş verir ki, bunların da hər ikisi acınacaqlı haldır. Elmsizliyin çarəsi oxuyub‐öyrənmək, səhlənkarlığın çarəsi isə Uca Allahdan lazımınca qorxmaq, hər bir əməli‐ mizə Onun nəzarət etdiyini bilmək və Onu razı salan əməllərə can atmaqdır. Buna görə qadın et‐ diyi əməldən tezliklə tövbə edib, Uca Allahdan bağışlanma diləməli və qəzasını tutmadığı oruclarının sayını yada salıb əvəzini tutmalıdır. Bununla da qadının üzərindən günah qalxmış olar. Ümid edirik ki, Uca Allah onun tövbəsini qəbul edər.

Sual 9: Əgər qadının uşağı düşərsə və bu hal uşağın (yəni rüşeymin) ana bətnində insan şəklində formalaşmasından sonra baş verərsə, qadının namazının və oruc tutmasının hökmü necədir?
Cavab: Əgər rüşeym ana bətnində tam formalaşmazdan əvvəl düşərsə (elm əhli deyir ki, formalaşmanın ən az müddəti 81 gündür) ondan ifraz olan qan nifas qanı deyildir, buna görə də qadın namazına davam etməlidir və oruc tutması da düzgündür. Lakin bu hal rüşeymin insan şəklində for‐malaşmasından sonra baş verərsə, ifraz olan qan nifas hökmü daşıyır və nifasdan qurtarana qədər namaz qılmaq və oruc tutmaq qadağan sayılır.


Həcc və ümrə zamanı heyzin bəzi hökmləri.


Sual 1: Heyzli qadın ihram namazını necə qıl malıdır və o, gizlində Quran oxuya bilərmi?
Cavab: Birincisi; Bilmək lazımdır ki, ihram üçün xüsusi namaz yoxdur. Çünki Peyğəmbər
nə sözü, nə əməli, nə də təsdiqləməsi ilə ümmətinə ihram üçün xüsusi bir namaz buyurmamışdır.
İkincisi; İhramdan əvvəl heyz olan qadının heyzli halda ihrama girməsi mümkündür. Peyğəmbər, Əbu Bəkrin həyat yoldaşı Əsma bint Umeysə, zül‐Hüleyfədə nifas olarkən təmizlənib yuyunduqdan sonra ihrama girməyi əmr etmişdir.(Muslim) Heyzli qadın da elə bu cür edərək, ihrama girir və təmizlənənə qədər ihramda qalır. Təmizləndikdən sonra təvaf və səy ibadətlərini yerinə yetirir.
Heyzli qadının Quran oxumasına gəldikdə isə, bu, ehtiyac və ya məsləhət olan vaxt caizdir. Lakin ehtiyac yoxdursa, sadəcə, ibadət və Allaha yaxın‐ laşmaq məqsədi ilə Quran oxumaq istəyirsə, yaxşı olar ki, oxumasın.


Sual 2: Bir qadın həccə gedərkən səfər zamanı beş gün heyz olub. Miqata yetişərkən yuyunub ihrama girib, lakin heyzi tam qurtarmayıb. Məkkəyə yetişdikdə harama daxil olmayıb, həcc və ümrə əməllərindən bir şey etməyib. İki gün Mina da qalıb. Təmizləndikdən sonra qüsl alıb, ümrənin bütün əmməllərini yerinə yetirib. İfadə4 təvafı edən zaman yenidən qan ifraz olub. Lakin utandığın dan vəlisinə deməyib, beləliklə, həcci başa çatdırıb. Ölkəsinə dönərkən vəlisinə xəbər bu barədə xəbər verib. Bunun hökmü necədir?
Cavab: Qadın ifadə təvafı zamanı gələn qanın heyz qanı olmasına əmin olarsa onun təvafı düz‐gün sayılmır. Yenidən ifadə təvafını etmək üçün Məkkəyə dönməsi lazımdır. Bunun üçün miqata gəlib ümrə niyyəti ilə ehrama girməli, təvaf və səy edib saçından qısaltmalı, sonra isə ifadə təvafını yerinə yetirməlidir. Lakin ifraz olan qan heyz qanı yox, sıxıntı və əziyyət səbəbindən gələn təbii qan olarsa, təvafı düzgün sayılır. Bu, təvaf üçün təharəti şərt görməyənlərin rəyidir. Əgər qadının geri dönməsi ölkəsinin uzaq olması və başqa çətinliklər üzündən mümkün olmazsa, həcci düzgün sayılır. Çünki bundan artıq bir şey bacarmır.


Sual 3: Qadın məhrəmi ilə ümrə ziyarətinə gedərkən, Məkkəyə yetişdikdə heyz olub. Məhrəminin isə təcili olaraq geri dönməsi lazım olub. Başqa bir məhrəm də yoxdur. Bu halda qadın nə etməlidir?
Cavab: Əgər ölkə daxilində olarsa məhrəmi ilə geri dönməli, lakin ihramda qalmalıdır. Çünki ölkə daxilində geri dönməsinə pasport və viza çətinliyi yoxdur. Lakin əcnəbi şəxs olarsa, geri dönməsi çətin olduğuna görə, təmizlənib, qan ifrazının qarşısını alır, təvaf və səy edib, saçını qısaldaraq ibadətini bitirir. Bu zəruri hal sayılır. Zəruri hal isə qadağaların icazəli olmasına imkan verir.

Sual 4: Həcc günlərində heyz olan qadının həcci düzgün sayılırmı?
Cavab: Qadının nə vaxt heyz olduğunu bilmədən buna cavab vermək mümkün deyil. Çünki heyz həccin bəzi əməllərinə mane olur, bəzilərinə isə olmur. Məsələn, təvafa mane olur, qalan əməllərə isə mane olmur.

Sual 5: Qadın soruşur: ʺÖtən il həcc ziyarəti etdim. Üzrlü səbəbdən ifadə və vida təvafından başqa, həccin bütün əməllərini yerinə yetirdim. Sonra öz evimə gəldim ki, nə vaxtsa dönüb ifadə və vida təvafını yerinə yetirərəm. Elmsizliyim ucbatından ihramdan çıxdım və ihram zamanı haram olan şeyləri etdim. Geri dönüb təvaf etməyi soruşduqda mənə dedilər ki, sənin təvaf etmən düzgün sayılmır, artıq həccin batildir. Gələn il yenidən həcc edib bir inək və ya dəvə kəs məyin vacibdirʺ. Bu, doğrudurmu və ya bunun başqa yolu varmı? Mənim həccim batildirmi, yenidən etməyimə gərək varmı? Vacib olanı mənə deyin, Allah sizə kömək olsun.
Cavab: Bu elmsiz fitva vermək nəticəsində baş verən bəlalardandır. Sənə Məkkəyə gedib yalnız ifadə təvafını yerinə yetirmək vacibdir. Məkkədən çıxarkən heyz olduğun üçün isə vida təvafı sənə vacib deyil. İbn Abbasın rəvayət etdiyi hədisdə deyilir: “(Həcc ziyarətində olan) insanlara son (ayin) olaraq Kəbəni təvaf etmək əmr edilmişdir. Yalnız heyzli qadınlar üçün bu (hökm) yüngülləşdirilmişdir.” (Buxari)
Aişədən (radıyallahu anhə) rəvayət edilir ki, o, Peyğəmbərə
: “Ya Rəsulullah, Safiyyə bint Huyey heyz oldu,”deyə xəbər verdi. Peyğəmbər : “O, bizi ləngidə bilər. Məgər o, sizinlə bərabər təvaf etmədimi?”– dedi. Onlar: “Bəli”– deyə cavab verdilər. Peyğəmbər : “Elə isə (vida təvafını etmədən Məkkədən) çıx!”– deyə buyurdu. (Buxari) Bu dəlildir ki, vida təvafı heyz olan qadına vacib deyil. İfadə təvafı isə təmiz ləndikdən sonra mütləq edilməlidir. Elmsizlik ucbatından ihramda olarkən qadağan olan şeyləri etməyinin isə, heç bir zərəri yoxdur. Çünki insanın, ihramda olan vaxt qadağan olan əməlləri bilmədən etməsi günah deyil. Uca Allah buyurur: “...Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cə‐ zalandırma!...”(Bəqərə286) Peyğəmbər demişdir: “Möminlər bu ayəni oxuduqda, hər dəfə: «Ey Rəbbimiz!»‐ deyə dua edərək Allaha müraciət etdikdə, O, «Bəli, istəyinizi yerinə yetirdim!»‐ deyə cavab verir.” (Muslim) Uca Allah başqa bir ayədə belə deyir: “Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü sizə günah var. Allah Bağışlayandır, Rəhmlidir.” (Əhzab surəsi) Buna əsasən demək olar ki, ihramda olan şəxsin Allahın qadağan etdiyi əməlləri səhvən və ya unudaraq etməsində günah yoxdur. Lakin üzrlü səbəbdən tərk etdiyi amili üzr aradan qalxdıqdan sonra yerinə yetirməlidir.


Sual 6: Bir qadın həcc ayının səkkizində (tərviyə günü) nifas olub və həccin təvaf və səydən başqa bütün ərkanlarını yerinə yetirib. Həmin qadın on gündən sonra nifasdan təmizlənməsini ehtimal edərsə, qüsl alıb qalan rükunları yerinə yetirə bilərmi?
Cavab: Qadın tam təmizlənməsinə əmin olmayınca qüsl alıb, təvaf edə bilməz. Çünki sualdan belə başa düşülür ki, nifasdan təmizlənməsinə tam əmin deyil. Nə vaxt tam təmizlənərsə, o zaman qüsl alıb, təvaf və səyi yerinə yetirə bilər. Səyi təvafdan əvvəl etməsində heç bir problem yoxdur. Çünki Peyğəmbər
həccdə təvafdan öncə səy etmək haqda soruşulduqda: “Heç nə olmaz.”‐ deyə cavab vermişdir.

Sual 7: Qadın deyir: “Mən ümrə ziyarətinə gedərkən miqatı keçdim və heyz olduğum üçün miqatdan ihrama girmədim. Təmizlənənə qədər Məkkədə gözlədim, sonra isə Məkkədən ihrama girdim. Mənim əməlim düzgündürmü və yaxud nə etməliyəm?”
Cavab: Bu əməl düzgün deyil. Ümrə etmək istəyən kəsin heyzli olsa belə miqatı ihramsız keçməsi qadağandır. Qadının heyzli olaraq ihrama girməsi mümkündür və bu əməl səhih sayılır. Buna dəlil Peyğəmbərin Əbu Bəkrin həyat yoldaşı Əsma bint Umeysə (radıyallahu anhə) zül‐Hüleyfədə nifas olarkən təmizlənib yuyunduqdan sonra qan ifrazının qarşısını bir şeylə alıb ehrama girməyi əmr etməsidir.Muslim Heyz qanı da nifas qanı kimidir. Buna görə də heyz olan qadın ümrə və ya həcc etmək istərsə miqatdan keçərkən yuyunub‐təmizlənməli və qan ifrazının qarşısını alıb ehrama girməlidir. Qan if razının qarşısını almaq dedikdə, qadının, fərcini əski və ya buna bənzər şeylərlə bərk‐bərk bağla ması nəzərdə tutulur. Lakin ihrama girib Məkkəyə yetişdikdə, heyzdən qurtarıb, qüsl almadan Kəbəyə gedib təvaf etməsi qadağandır. Buna görə Aişə(radıyallahu anhə) ümrə zamanı heyz olarkən Peyğəmbər
ona demişdir: “Həcdə edilən bütün əməlləri et, təvafı isə təmizlənməmiş etmə.” (Buxari) Buxarinin “Səhih” əsə‐ində Aişənin (radıyallahu anhə) təmizləndikdən sonra təvaf və səy etməsi də qeyd olunur. Bu dəlildir ki, qadın ümrə və ya həcc üçün ihrama girərsə və təvafa başlamazdan əvvəl heyz olarsa, təmizlənib qüsl almayınca təvaf və səyi etmir. Lakin təvafı qurtardıqdan sonra Səfa və Mərva arasında səy edərkən heyz olarsa, axıra kimi səy edib, saçının ucundan kəsdirir və ümrəsini başa çatdırır. Çünki səy etmək üçün təharət vacib deyil.

Sual 8: Bir nəfər soruşur: “Həyat yoldaşımla birlikdə Yanbu1 şəhərindən ümrəyə getdik. Ciddə şəhərinə yetişdikdə yoldaşım heyz oldu. Mən üm‐rəni tək başa çatdırdım. Yoldaşım nə etməlidir?”
Cavab: Yoldaşın ihramda qalıb təmizlənməsini gözləməli və təmizləndikdən sonra ümrəsini yerinə yetirməlidir.

Sual 9: Səfa və Mərva haramdan sayılırmı və heyzli qadın orada dura bilərmi? Səfa və Mərvadan Məscidülhərama daxil olan şəxsin məscid haqqı qılması vacibdirmi?
Cavab: Çox güman ki, Səfa və Mərva Məscidülhəramdan sayılmır. Elə buna görə də onların arasında onları bir‐birindən ayıran hasar var. Bu da insanların xeyri üçündür. Əgər Səfa və Mərva‐ nı Məscidülhəramın ərazisinə daxil etsəydilər,(yəni aradan hasarı götürsəydilər) təvafdan sonra heyz olan qadının səy etməsi qadağan olardı.

Sual 10: Qadın soruşur ki, həcc vaxtı heyz ol‐
dum. Utandığımdan heç kimə deyə bilmədim. Məscidülhərama girib, namaz qılıb, təvaf və səy etdim. Qeyd edim ki, nifasdan sonra heyz oldum. İndi mən nə etməliyəm?
Cavab: Qadının heyz və ya nifas olarkən istər Məkkədə, istər öz ölkəsində, istərsə də başqa bir yerdə namaz qılması düzgün deyildir. Peyğəmbər
demişdir: “Məgər qadın heyz olanda namazı və orucu tərk etmirmi.” (Buxari) İslam alimləri ittifaq etmiş‐lər ki, heyz olan qadına namaz və oruc qadağandır. Bunu edən qadının tövbə etməsi və Allahdan bağışlanma diləməsi vacibdir. Etdiyi təvaf düzgün sayılmır. Səy isə düzgündür. Çünki düzgün rəy odur ki, həcdə səyi təvafdan əvvəl etmək olar. Buna görə də həmin qadına ifadə təvafını yenidən etmək vacibdir. Çünki ifadə təvafı həccin rükunlarındandır. Bunu etmədən ihramdan çıxmış sayılmır. İfadə fəvafını etməyən qadına, bu təvafı edənə qədər, subaydırsa, nikah etməsi, evlidirsə, ərinin onunla yaxılıq etməsi haram sayılır.


Sual 11: Qadın Ərafat günü heyz olarsa, nə etməlidir?
Cavab: Ərafat günü qadın heyz olarsa, insanlarla bərabər təvafdan başqa həccin bütün əməllərini yerinə yetirir. Təvafı isə təmizləndikdən sonra yerinə yetirməlidir.

Sual 12: Əgər qadın böyük sütuna2 daş atdıqdan sonra, ifadə təvafından əvvəl heyz olarsa nə etməlidir? Qeyd edək ki, onlar dəstə ilə gəliblər və dəstədən geri qalmaları mümkün deyil. Ölkəsinə getdikdə isə bir daha Məkkəyə gəlməsi qeyrimümkündür.
Cavab: Əgər geri dönmələri mümkün deyilsə, zərurət olduğuna görə yuyunub təmizlənməli və qan ifrazının qarşısını bir şeylə alıb təvaf edərək həccini bitirməlidir.


Sual 13: Qadın qırx gündən tez nifas qanından təmizlənərsə, həcci düzgün sayılırmı? Yaxud tam təmizlənməzsə, nə etməlidir? Qeyd edək ki, hə‐ min qadın artıq həcc üçün niyyət etmişdir.
Cavab: Qadın qırx gündən tez nifasdan təmizlənərsə, qüsl alıb namaz qılır və təmiz halda olan qadınlar kimi hər bir ibadəti, o cümlədən təvafı yerinə yetirə bilər. Çünki nifasın az müddətinin müəyyən bir həddi yoxdur. Əgər qadın nifasdan təmizlənmiş olmazsa, həcci düzgündür, lakin təvafı nifasdan tam təmizləndikdən sonra etməlidir. Peyğəmbər
heyzli qadına təvaf etməyi qadağan etmişdir. Nifas da heyz kimi eyni hökmə bərabərdir.

Məqalənin video variantını buradan izləyə bilərsiniz.