Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Təvəssül və möhürlə namaz barədə
Vaaleykum salam va rahmatullah
Birincisi, Yaqub peyğəmbərin oğlu Yusufun köynəyini gözünə sürtməsi və nəticədə gözlərinin açılması bir peyğəmbər olaraq Yusufun (əleyhissalam) möcüzəsi idi. Həmçinin bu əməl təvəssül (vasitəçilik) deyil, təbərrük (bərəkətindən faydalanmaq) adlanır ki, Əhli-Sünnət təbərrükü qəbul edir və bu da məhz peyğəmbərlərin bədəninə dəyən əşyalar ilə mümkündür (belə əşyalar isə artıq mövcud deyildir).
Bu barədə əlavə məlumat üçün:
Yusufun köynəyi ətrafında olan şübhəyə cavab
İkincisi, Peyğəmbərin zamanında məscidin döşəməsinə xalça döşənməmişdi. O dövrün şəraitinə uyğun olaraq, məscidə çınqıl daşları döşənmişdir. Buna görə onlar namazı həmin xırda daşların üzərində qılırdılar. Həmçinin onu da qeyd edək ki, Allah rəsulu həsir üzərində yun paltar üzərində də namaz qılardı.
Əlavə məlumat üçün:
ŞMöhürə səcdə etmək şirkdirmi? Xalçaya səcdə etmək olarmı?iələrdə Möhür
Foruma keç
OXŞAR SUALLAR