Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Möhürlə namaz

SUAL:
Möhürlə namaz qilmaq namazi batil edir?
CAVAB:

Möhürlə namaz qılmağın İslam dini ilə heç bir əlaqəsi yoxdur. Bu məhz şiə məzhəbinin sonradan ortaya çıxartdığı bir bidət (xurafatdır). Bu həqiqəti böyük şiə alimlərindən Musa əl-Musəvi etiraf edərək belə demişdir: “Türbə (möhür) üzərinə səcdə edənlərin bir çoxsu onu öpür, (əl-üzünə sürtməklə) ondan bərəkət istəyirlər. Hətta, şəfa məqsədi ilə Kərbəla torpağından yeyənlər də var. Heç bilmirəm ki, bu bidət şiə təriqətinə nə vaxt daxil olmuşdur. Nə pəyğəmbər (səllallahu aleyhi və səlləm), nə Əli (r.a), nə də onlardan sonra gələn imamlar Kərbəla torpağına heç zaman səcdə etməyiblər.” (Əş-şiə vət-təshih" səh. 105)

Bu haqda geniş məlumat üçün aşağıdakı keçidlərdən istifadə edin!

Kərbəla torpağı və Möhür (1)

Kərbəla torpağı və Möhür (2)

Kərbəla torpağı və Möhür (3)

Möhürə səcdə etmək şirkdirmi? Xalçaya səcdə etmək olarmı?

Ümumiyyətlə hər bir müsəlman istər namaz olsun, istərsə də digər ibadətlər, fərq etməz əməllərinin İslam şəriətinə uyğun olmasına diqqət yetirməlidir ki, həmin əməl (ibadət) Allah qatında qəbul olan əməllərdən sayılsın.

İbadətlərin qəbul olunması üçün isə iki şərt vardır:

1. İbadətin ixlasla (xalis Allah üçün) edilməsi;

2. İbadətin Peyğəmbərimizin sünnətinə (göstərişinə) uyğun olması.

Deməli, müsəlman hər hansısa bir ibadəti yerinə yetirdikdə o ibadəti məhz Allah rəsulunun göstərişinə müvafiq etməyə səy göstərməlidir. O cümlədən də namaz. Peyğəmbərin namazı tam təfərrüatı ilə səhih hədislər vasitəsilə bizə gəlib çatmışdır. 

Peyğəmbərin ﷺ namazı