Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ölüyə Quran oxumaq

SUAL:
Rafiziler deyir ölüye quran oxumaq olar ve savabı göndermek olar Hedisler qetirirler bilmirem sehihdir yoxsa sehih deyil bu ne derece dogrudur?
CAVAB:

Quran oxuyub savabını ölüyə tapşırmaq məsələsi sırf rafizi şiələri ilə əlaqəli bir məsələ deyildir. Bu fiqhi bir məsələdir və bu məsələdə Əhli-Sünnət fəqihləri (fiqh alimləri) də ixtilaf etmişlər. Lakin mövzu ilə əlaqəli daha düzgün olan rəy bu əməlin düzgün olmamasıdır. Çünki dində belə bir şey olsaydı, Peyğəmbər və səhabə zamanında edilərdi və bu insanlar arasında məşhur və yayqın olardı. Lakin biz bunun əksini görürük. Bu barədə nəql olunmuş bir neçə hədis vardır ki, hamısı da zəyif, yaxud uydurma rəvayətlərdir. Doğrusunu Allah bilir!