Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Möhür barədə

Biz əhli-sünnət, rafizilərin bu torpağı (möhürü) uca tutmaqlarına qarşıyıq. Hətta onlar bu barədə əhli-beytin və imamların adından yalan rəvayətlər də nəql etmişlər. Əhli-sünnətə və rafizilərə görə Allah elçisinin (səllallahu aleyhi və səlləm) Əlidən, Həsəndən və Hüseyndən üstün olmasına baxmayaraq, buna rəğmən, rafizilər məhz Hüseynin türbəsini (yəni, Kərbəla torpağını) üstün tuturlar. Hətta, möhür müqəddəsləşdirilməyə qədər gedib çıxıb.

Keçmiş rafizi alimilərindən Musa əl-Musəvi öz etirafında belə demişdir: “Türbə (möhür) üzərinə səcdə edənlərin bir çoxsu onu öpür, (əl-üzünə sürtməklə) ondan bərəkət istəyirlər. Hətta, şəfa məqsədi ilə Kərbəla torpağından yeyənlər də var. Heç bilmirəm ki, bu bidət şiə təriqətinə nə vaxt daxil olmuşdur. Nə pəyğmbər (səllallahu aleyhi və səlləm), nə Əli (r.a), nə də onlardan sonra gələn imamlar Kərbəla torpağına heç zaman səcdə etməyiblər.” (Əş-şiə vət-təshih" səh. 105)

Bu, bir şiə alimindən onların halına verdiyi şəhadətdir. Uca Allahın: "Əgər Allah sənə bir zərər yetirərsə, (sıxıntı versə), səni Ondan (Allahdan) başqa heç kəs qurtara bilməz". (Yunis: 107), "yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var?" (Ən-Nəml: 62), "Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir." (Əş-Şuara: 80) - kəlamına zidd olaraq, Kərbəla torpağının bütün növ dərdlərə dərman və şəfa olduğuna etiqad etməklə, daşların zərər və fayda verdiyini etiqad edən müşriklərə bənzəmiş olurlar.

Onların türbə barədəki rəvayətlərindən:
1. Cəfər əs-Sadiqə nisbət edirlər ki, (guya) o demişdir: “Hüseynin qəbrinin palçığı bütün dərdlərə dərmandır.” (Biharul-ənvar" 98/ 129)
2. Məhəmməd Baqirə nisbət edirlər ki, (guya) o demişdir: “Hüseynin türbəsi hər bir dərdin şəfası və hər bir qorxunun əminliyidir. Nə niyyət tutub ondan götürsələr, ona da çarə olar.” (Biharul-ənvar" 98/ 131)
Belə rəvayətlər çoxdur, şiə alimi əl-Məclisi "Biharul-ənvar" kitabında buna ayrıca fəsil ayırmışdır." (Biharul-ənvar" 98/ 118)