Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Əli açıq namaz

SUAL:
Salam aleykum. Namazı əl açıq qılsaq olar?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Ümumiyyətlə hər bir müsəlman istər namaz olsun, istərsə də digər ibadətlər, fərq etməz əməllərinin İslam şəriətinə uyğun olmasına diqqət yetirməlidir ki, həmin əməl (ibadət) Allah qatında qəbul olan əməllərdən sayılsın.

İbadətlərin qəbul olunması üçün isə iki şərt vardır:

1. İbadətin ixlasla (xalis Allah üçün) edilməsi;

2. İbadətin Peyğəmbərimizin sünnətinə (göstərişinə) uyğun olması.

Deməli, müsəlman hər hansısa bir ibadəti yerinə yetirdikdə o ibadəti məhz Allah rəsulunun göstərişinə müvafiq etməyə səy göstərməlidir. O cümlədən də namaz. Peyğəmbərin namazı tam təfərrüatı ilə səhih hədislər vasitəsilə bizə gəlib çatmışdır. 

Peyğəmbərin ﷺ namazı

Allah rəsulu isə daima namazlarında sağ əl solun üzərində olmaqla əllərini bağlamış və əshabına da namazı məhz bu cür öyrətmişdir.