Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Boşanma ilə bağlı sual

SUAL:
Salamun aleykum. Bir kişi yoldaşına "bax 3 dəfə deyirəm boşanıram, boşanıram, boşanıram" eyni bu şəkildə desə, amma bunu əsəb anında desə və sidqi ürəkdən boşanma istəyi olmasa və 3 talaq məsələsindən, hullə məsələsindən bixəbər olsa, yenə də boşanmış sayılırmı? Nikah təzələmək haqqları varmı? Yeri gəlmişkən qəti surətdə boşanmaq istəmir, kişi çox peşmandır, körpə uşaqları da var, nə etməlidirlər?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Sualınızda qeyd olunası üç məsələ var"

Birincisi: Ümumiyyətlə, ilk öncə bilmək lazımdır ki, "qəzəbli halda talaq" talaq sayılır. Zatən kişi, adətən, yoldaşını boşadıqda gülə-gülə deyil, qəzəbli halda boşayır. Lakin qəzəb affekt dərəcəsində, yəni nə dediyinin fərqində olmayacaq halda olsa, o zaman talaq keçərsiz olur.

İkincisi: "Sidq ürəkdən deməyib", yəni boşamaq qəsdi ilə deməyib - məsələsinə gəldikdə isə, talaq ləfzləri iki cürdür:

1. Sarih (açıq-aydın): Məsələn, "səni boşadım!". Bu kimi ifadələrdə niyyətə baxılmaz.

2. Kinayəli olan ibarələr: Məsələn, "paş-paltarlarını yığ, get atavın evinə!" Bu cür sarih olmayan ibarələr əgər boşamaq niyyəti ilə deyilməyibsə, o zaman talaq sayılmır, əks halda isə sayılır.

Üçüncüsü: Sualda da qeyd edildiyi kimi bir məclisdə (eyni anda) 3 talaqla boşamaq əslində bir talaq sayılır. Doğru olan da, inşəallah, budur.