Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

İslami toy

SUAL:
Salam aleykum! İslami toy necə olmalıdı?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

İslami toy dedikdə - ümumiyyətlə, İslamda toy sadəcə olaraq evliliyin elanıdır və bu elan da şəriət qaydalarına müvafiq şəkildə və haramlardan uzaq olmalıdır.

Bizim ölkədə, əsasən, toy məclislərində yol verilən haramlar aşağıdakılardı:

- Süfrədə spirtli içkilərin olması.

- Musiqi, çalğı.

- Qadın və kişilərin eyni məclisdə (eyni süfrədə) oturmaları.