Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Universitetdə təhsil
Vaaleykum salam va rahmatullah!
Bu kimi hallarda səbrli olmaq lazımndır. Təbii ki, valideynlərin sənin yaxşılığını, gələcəyini düşünüb belə addım atıblar. Bu anlaşılandır. Ümumiyyətlə, müsəlman oxumalı, elmə-biliyə dəyər verməli və gələcək güzaranını nəzərə almalı, alan əl yox, verən əl olmalıdır.
Sizə nəsihətimiz budur ki, oxuduğunuz yerdə əxlaqı normal, yaxud namaz qılan və s.tələbələrlə dostluq edəsiniz, tənhalığa çəkilməyəsiz. həmçinin imkan olduqca elm məclislərində iştirak edə və camaatdan ayrılmayasız. Hal-hazırda həmin universitetlərdə təhsil alan ibadət əhli olan yüzlərlə tələbələr vardır. İbadətləri təhsillərinə, təhsilləri isə ibadətlərinə maneə yaratmır.
Lakin vəziyyət qeyd etdiyiniz kimi çox çətindirsə və əyani şəkildə oxumadan diplom almağa imkan varsa, bunu edin!
Yox, əgər bu da mümkünsüzdürsə, valideynlərinizlə bu haqda oturub danışın və iş barədə narahat olmamaları üçün onları qane etməyə çalışın. Təbii ki, bunun qarşılığı olaraq da, bir işin qulpundan yapışın və gələcəyiniz üçün indidən yavaş-yavaş şəraitinizi qurun ki, ana-ata da bunu görüb narahatçılıqdan qurtulsunlar.
Uca Allahdan sizin üçün sabitlik və asanlıq diləyirik!
Foruma keç
OXŞAR SUALLAR