Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Sələfilik və Hənbəlilik

SUAL:
Salamun aleykum. Sələfilik Hənbəlilikdirmi? Oxşar və fərqli cəhətləri varsa qeyd edərdiniz zəhmət olmazsa.
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Hənbəli məzhəbi fiqhi bir məzhəbdir (məktəbdir). Sələfilik deyildikdə isə sələfin (səhabə, tabiin, ətbait-tabiin) əqidəsi, mənhəci, yolu nəzərdə tutulur. Sələfilik və Əhli-sünnət vəl-Cəmaat sinonim terminlərdi. Deməli, sələfin etiqadı üzərində olan hər bir hənbəli sələfidir. O cümlədən də hənəfi, malik və şafii. Fərq etməz. Məsələn, bir kəs ki, fiqh elmini hənəfi məzhəbi üzərə öyrənib və əqidəsi də sələfin, yəni Əhli-sünnətin əqidəsi üzərədirsə, deməli, o sələfidir. Yox, əgər bir kəs hənbəli, yaxud şafii fiqhi üzərə ola-ola əqidədə Əşari, yaxud Maturidi və ya Mufavvidədirsə, deməli, o sələfi deyildir.