Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Sünnət namazları

SUAL:
Salamun aleykum. Mən sünnət namazlarını yazılı şəkildə hardan öyrənə bilərəm? Kömək edə bilərsizmi?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Sünnət namazları da eyni ilə fərzlər kimidir, yəni sünnət namazlarının özünə məxsus qılınış qaydası yoxdur. Əgər sünnət namzlarının rükət saylarını soruşursuzsa, aşağıdakı kimidir:

1. Sübh namazının fərzindən öncə 2 rükət sünnət var, yəni 2 (sünnət) + 2 (fərz)

2. Zöhür namazı: 2 + 2 (sünnət), sonra 4 rükət fərz, daha sonra 2 rükət sünnət.

3. Əsr namazına bağlı sünnət namazı yoxdur. Amma istəyən Əsrdən öncə 2 + 2 rükət qıla bilər.

4. Məğribdən sonra 2 rükət, yəni 3 (fərz) + 2 (sünnət)

5. İşadan sonra 2 rükət, yəni 4 (fərz) + 2 (sünnət).

Aşağıdakı kitabı da oxumağı tövsiyə edərdik:

Ratibə sünnət namazları