Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Vitir namazı
Vaaleykum salam va rahmatullah!
Vitr namazı vacib deyil, lakin təkid olunmuş sünnətdir. Bəzi alimlər isə (Əbu Hənifə kimi) vacib olduğunu demişdir. Hər bir halda, bu namazı tərk etməmək lazımdır. Allah rəsulu səfərdə olduqda belə vitri tərk etməzdi. Vitr namazının ən az rükət sayı 1 rükətdir. Ən çoxu isə 11. Peyğəmbərin (sallallahu aleyhi və səlləm) demişdir: “İstəyən kəs Vitr namazını beş rükət, istəyən üç rükət, istəyən də bir rükət qılsın!” (Təhavi və Hakimin rəvayət etdikləri səhih hədisdir).