Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Yeganə haqq din İslamdırmı?
İlk öncə, din və şəriət ayırımını bilmək lazımdır.
Allah qatında haqq din birdir, o da İslamdır və bütün peyğəmbərlərin dini də İslam olub. Heç bir peyğəmbər İslam dinindən başqa bir din təbliğ etməyib. Bu haqda Uca Allah Öz Kitabında xəbər verərək belə buyurur:
"Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! " (Ali-İmran, 19).
"İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar" (Ali-İmran, 85).
Şəriət isə, hər bir peyğəmbərin öz qövmü üçün Allahdan gətirdiyi qanunlar toplusu sayılır ki, buna əsasən də, şəriətlər zamana və məkana görə bir-birlərindən fərqli olur. Uca Allah buyurur: "Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir" (əl-Maidə, 48).