Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Sünni yoxsa şiə təriqətinin hansinin düz olmaği

SUAL:
Salam aleykum necesiz. Mənim sualım belədir. Müqəddəs kitabimiz olan Qurani Kərimimizdə namazin tam necə qilinmasiyla bağli bir ayə və yaxud surə yoxdur sərf etmirəmsə. Səbəbi isə mən belə bilirəm ki əvvəlki peyğəmbərlərin dövründə bu insanlara göstərilib deye bilirəm o zaman niyə biz şiyə sunni təriqətləri yaradmaği demirəm, namazi niyə ikiyə bölürük sünni və şiyə namazi adlandiraraq? Burada biz günah işləmiş olmayiriqmi çünki Qurani Kərimimizdə də Allah təala bizə buyurmayibmi ki mənim sizə göndərdiyim dini parcalamayin?
CAVAB:

Vaaleykum salam

İlk növbədə sualınıza görə təşəkkür edirik.

Əvvala bilmək lazımdır ki, əslində, dünyada Sünnü və Şiə deyiləsi bir ifadə forması yoxdur. Yəni heç vaxt Şiə məzhəbi Əhli-Sünnətin müqabilində olmayıb. Əksinə daima- bütün əsrlər boyu və dünyanın hər yerində belə deyilib: Əhli Sünnət və Əhli bidət (yəni, xəvariclər, sufilər, şiələr, cəhmilər və s.). Yəni şiə məzhəbi də Əhli-Sünnətin müqabilində zikr olunan onlarla firqədən sadəcə birisidir. Sadəcə olaraq hal-hazırda yaşadığımız diyarda ( yəni, can Azərbaycanda) vaxtilə Səfəvilərin və hal-hazırda da İranın təsir qüvvəsinə görə əhalinin çoxsu şiə olduğuna görə bizdə bu "Sünnü-şiə" ifadəsi məhşurlaşıb. Fayda üçün onu da qeyd edim ki, Səfəvi dövlətindən öncə Azərbaycanın bütün dövlətləri və əhalisi Əhli-Sünnət etiqadı üzərində olub. Ümumiyyətlə bu barədə sizə aşağıda videoları izləməyi tövsiyə edirik:

https://sunna.az/c_type?&t=122

Ey Azəri-Türkü! Millətini, düşmənini, dinini tanı! Əslinə, kökünə qayıt! (1-ci hissə)

Qılıncla Şiəlik. Şah İsmayılın Azəri qətliamı.

Rəsulzadə şiəlik barədə nə dedi? Şah İsmayıl Azərbaycanı talan etdi - Pr. Nəsib Nəsibli

Gəncə hadisəsinin pərdə arxası və səbəbləri

İkincisi:  Bilmək lazımdır ki Əhli-sünnət hansısa bir firqə kimi Firqə sayılmır. Əhli-sünnət elə İslamın özüdür. Sadəcə olaraq sonradan digər firqələr ortaya çıxdığına görə, İslamın özü və özəyi, yəni Əhli sünnət də o firqələrin müqabilində ayrıca bir firqə kimi görünməyə başladı. Elə bil ki, mən əlimdə ağ bir kağız (İslam) tutmuşam, və həmin kağızı cürbəcür rənglərlə boyayıram: qara, qırmız, göy, sarı (yəni firqələr) və s. Lakin həmin ağ kağızda bir hissəni boyamayıb elə ağ saxlayıram və kağızın həmin ağ yerinə işarə edərək səndən soruşuram ki, bu nə rəngdir? Sən də istər-istəməz "ağ" - deyəcəksən. Halbu ki, həmin yer qıraqdan əlavə edilmiş hər hansısa bir rəng deyil, elə kağızın özüdür. Lakin kağıza digər rənglər əlavə edildiyinə görə, kağızın boyanmamış həmin yeri də o rənglərin müqabilində ayrıca bir rəng kimi görsənməyə başlayır.

Üçüncüsü:  Quranda namazın olmamasının səbəbi camaatın namazı əvvəlki qövmlərdən öyrənmələri deyil. Bu ağ yalandır. Ümumiyyətlə Quranda nəinki namaz, demək olar ki, şəriətin digər əksər ayinləri də izah edilməmişdir. O zaman elə çıxır ki, camaat bütün dini əvvəl ki qövmlərdən öyrənib? Bu gülməlidir! Əgər camaat dini elə əvvəl ki qövmlərdən öyrənəcəkdilərsə, o zaman Məhəmməd peyğəmbərin gəlişinin məqsədi və faydası nə oldu? Dinin bütün əhkamları və o cümlədən də namaz Peyğəmbərin sünnətində (yəni hədislərində) açıq-aydın və təfərrüatlı bir şəkildə izah edilmişdir. Elə bu səbəbdəndir ki, onun gətirdiyi dinə, şəriətə layiqincə və düzgün bir şəkildə əməl edən müsəlmanlara Əhli-Sünnət (sünnət əhli) və ya Əhli-hədis (hədis əhli) yaxud bizim milli təbirimizcən desən Sünni deyilir.