Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Namaz başlamaq istəyirəm, amma atam icazə vermir.
Vaaleykum salam va rahmatullah!
İlk öncə Allahdan işlərinizi asanlaşdırmağını və atanıza haqqı haqq kimi göstərməyini diləyirik.
Təbii ki, Allaha asilik olan işlərdə valideynə itaət yoxdur. Ona görə də, tərəddüd etmədən və vaxt itirmədən həmən namaza başlamalı və dua etməlisiz. Qəlbinizə bu cür qorxu dolu şübhələrin və qarışıq fikirlərin gəlməsi isə şeytandandır. Unutmamalıyıq ki, qəlblər Allahın əlindədir, Odur istədiyinə hidayət verən. Həmçinin namaza başlamaqla yanaşı, atanızı razı salmaq üçün müəyyən vasitələrdən də istəfa etməlisiz. Misal üçün, bu barədə ananızla, yaxud digər yaxınlarınızla da danışıb məsləhətləşin. Lakin yalandan və s. bu kimi icazəli olmayan əməllərdən isə uzaq durun! Keçici çətinliyə və sıxıntıya isə səbr edin! Heç şübhəsiz ki, müvəffəqiyyət Allahdandır!