Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Fərz və sünnət namazlarının niyyəti eynidirmi?

SUAL:
Salam Aleykum. Fərz və Sünnət namazlarına eyni cür niyyət edilir ya nəsə fərq var?
CAVAB:

Vaaleykum salam

İlk növbədə niyyətin nə olduğunu dəqiqləşdirməliyik. Belə ki, niyyət - etdiyin ibadətin fərqində olmağın, yəni hansı ibadəti etdiyini bilməyindir. Niyyətin xüsusi ləfzi yoxdur. Niyyət dillə edilməz. Niyyətin yeri qəlbdir. 

Misal olaraq, əgər Sübh namazının sünnətini qılmaq niyyəti ilə "Allahu əkbər" deyib namaza başladınızsa, deməli, bu namazı Sübhün sünnəti niyyəti ilə qılmısınız. Yəni yanınızda olan birisi namazdan sonra sizdən soruşsa ki, hansı namazı qıldın? Cavabınız belə olacaq ki, Sübhün sünnətini. Bax niyyət budur. Yəni hansı namazı qıldığının fərqində olmağın. Digər namazlar da belədir.