Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Qadınlar namazı səsli, yoxsa səssiz qılmalıdır?

SUAL:
Salam Aleykum. Qadınlar namazı səssiz qılmalıdır yoxsa səsli? Səslidirsə, onda hansı hissələr səsli qılınır? Öncədən təşəkkürlər .Allah razı olsun.
CAVAB:

Vaaleykum salam

Qadınla kişinin namazı arasında fərq yoxdur. Əgər qadın namazı evində qılırsa və onun səsini eşidəcək naməhrəm yoxdursa, o zaman Zöhr və Əsr namazlarını səssiz, Sübh, Məğrib və İşa namazlarını isə səsli (özü eşidəcək şəkildə) qılmalıdır. Yəni bu cür qılsa, daha yaxşıdır, amma vacib deyildir. Səssiz qıldığı namazlarda isə təkbirləri (yəni Allahu əkbər ləfzlərini) özü eşidəcək şəkildə desə, kifayət edər.