Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Məni və məzinin hökmü
Vaaleykum salam.
İlk öncə məni və məzinin hökmünü qeyd edək:
Məzi nəcisdir.
Məni (sperma) isə, doğru olan rəyə əsasən, nəcis sayılmır.
Buna əsasən, məzi dəyən paltarın yuyularaq təmizlənməsi vacibdir.
İkinci məsələ: məzi və mənidən hansının xaric olması qüslu vacib edir?
Məni öz-özlüyündə pak hesab edilsə də, onun bədəndən xaric olması ilə qüsl almaq vacib olur. Fərq etməz, istər məni cinsi əlaqə yolu ilə, istər yuxuda ikən və ya başqa yolla çıxsın, hər bir halda qüsl alınmalıdır.
Məzi isə dəstəmazı pozur. Yəni məzinin xaric olması ilə qüsl yox, dəstəmaz alınmalıdır.