Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Təmizləndikdən sonra cinsiyyət üzvündən nəinsə çıxdığını hiss edən nə etməlidir?

SUAL:
Salam aleykum Ayaqyolunda bovl etdikden sonra temizlenib cixdiqdan sonra sidik damlasi cixdiqini hiss edirəm. Bu halda nə etməliyəm?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

İlk öncə onu qeyd edək ki, kiçik təharətdən təmizləndikdən sonra cinsiyyət üzvünü çox sıxmaq və s.bu kimi şeylər etmək lazım deyil. Bu bir çox insanın yol verdiyi kobud xətadır ki, bu xəta nəticəsində də vaxt keçdikcə qeyd etdiyiniz problemlər əmələ gəlir.

- Ona görə də, ilk növbədə, bu vərdişdən əl çəkmək lazımdır.

- Baxmaq lazımdır. Əgər doğurdan da nə isə çıxıbsa, o zaman istinca və dəstəmaz yenilənməlidir.

- Lakin bir çox hallarda bu vəsvəsə olur. Ola bilsin ki, kanalda nə isə hərəkət etsin, lakin çölə çıxmasın. Hər bir halda əgər yəqin deyilsizsə, belə vəziyyətlərdə vəsvəsəyə uymamalı və xırdaçılıq etməməlisiniz.

- Mualicə və vəsvəsədən - şübhədən qurtulma qəsdi ilə bir müddət təharətdə təmizləndikdən sonra alt paltarına azacıq su səpmək də olar. Lakin buna da vərdişkar olmamaq lazımdır.