Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Cinsi əlaqədən sonra dəstəmaz almaq
Vaaleykum salam
Təbii ki, cinsi əlaqədən sonra namaz qılmaq üçün mütləq qüsl alınmalıdır. Bu vacibdir. Lakin ola bilər ki, növbəti namazın (məsələn Sübh namazının) vaxtına hələ çox qaldığına görə kimsə cinsi əlaqədən sonra həmən qüsl almasın və bunu namaza az qalmış bir vaxta qədər təxirə salsın. Belə halda, yəni qüslsuz vəziyyətdə yemək yeməmişdən öncə dəstəmaz almaq təmizlik və rahatlama yönündən bəyənilir. Amma vacib deyildir. Həmçinin iki cinsi əlaqəsində də dəstəmaz almaq bəyənilir. Bu da insanın bədəninin enerjisini yeniləməsi, rahatlaması yönündən çox faydalıdır. Məsələnin müxtəsər izahı bu cürdür. Doğrusunu Allah bilir!