Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Təharət

SUAL:
Salamun aleykum Məndə bir aya yaxındır ki, qüslla bağlı vəsvəsə olur. Sanki cənabət qüslu pozulacaq kimi hiss edirəm. Yatmağa da qorxuram bəzən ki, birdən ehtilam olacam. Sualım odur ki, belə insan oyananda şübhə etsə ki, qüslum pozulub ya yox, amma heç şəhvət hiss keçirdiyi yadına gəlmirsə, qüsl almalıdırmı?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Əslində, yuxuda ikən ehtilam olmaqdan qorxmaq lazım deyil. Çünki bu, təbii bir prosesdir və bunda Uca Allahın bir hikməti və bəndələri üçün asanlığı vardır. Evli olan biri cinsi əlaqə yolu ilə bu ehtiyacını ödədiyi kimi, subay olan kəsin şəhvət hissi də bu yolla təmin edilir. Xülasə, bu təbii və normal bir haldır.

Sualın ikinci qisminə gəldikdə isə, əgər yuxuda ikən ehtilam olduğunu xatırlayırsansa, qüsl almalısan. Yox, əgər, xatırlamırsansa, o zaman paltarına bax, əgər paltarda yaşlıq görsən, deməli, qüsl almalısan.