Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Soğan vəya sarımsaq qəbul edəndən dərhal sonra qılınan namaz qəbul olur?

SUAL:
Soğan vəya sarımsaq qəbul edəndən dərhal sonra qılınan namaz qəbul olurmu?
CAVAB:

Bəli, bu halda qılınan namaz etibarlıdır, namaz batil deyildir. Lakin yaxşı olardı ki, namaz öncəsi dəstəmaz aldıqda dişlər ya misvakla, ya da adi diş fırçası ilə təmizlənsin. Həmçinin soğan sarımsaq qəbul edən şəxsin ağız qoxusunu yox etmədən məscidə - camaat namazına getməsi də doğru hesab edilmir. Doğrusunu Allah bilir!