Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Heyz qüslundan sonra dəstəmaz almağın hökmü

SUAL:
Salam Aleykum Heyz qüslündən sonra dəstəmaz almadan namaz qılmaq olarmı? Allah razı olsun
CAVAB:

Vaaleykum salam va rahmatullah!

İlk növbədə bilmək lazımdır ki, alınma səbəbinə görə, qüslun növləri iki hissəyə bölünür:

- Vacib qüsullar: Cənabət, heyz, nifas qüslu kimi.

- Müstəhəb qüsullar: Cümə qüslu, sərinlənmək qəsdi ilə çimmək və s.

Vacib qüsul dəstəmazı əvəz edir, müstəhəb qüsul isə dəstəmazı əvəz etmir. Buna əsasən, bəli, heyz qüslundan sonra dəstəmaz almadan namaz qılmaq olar. Çünki heyz qüslu vacib qüslun növlərindəndir və dəstəmazı da əvəz edir.