Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Qüsl və bəzi yataq ədəbi barədə

SUAL:
Salam Aleykum, 1.Heyzdən sonra kamil qüsl alandan sonra da dəstəmaz almaq lazımdırmı? 2. Uzanıb sonra duranda yenidən yerinə qayıdanda yatağı paltarının bir hissəsi ilə silməlisən, şeytan və ya cinlər sən duranda oraya girmiş ola bilər kimi bir şey oxumuşdum bu düzgündürmü?
CAVAB:

Vaaleykum salam va rahmatullah

1. Heyzdən və cənabətdən sonra alınan qüsl dəstəmazı əvəz edir.

2. Bəli, yatağına çəkilmək istəyən kəsin paltarının bir hissəsi ilə yatağını silməsi müstəhəbdir və bu barədə Buxari (6320) və Müslimdə (2714) hədis varid olmuşdur. Lakin bunun hikmətinə gəldikdə isə, ola bilsin ki, yataq üzərində gözə görünən (qarışqa, qurd və s.) və gözə görünməyən (xırda həşəratları və mikrobları) zərərvericiləri uzaqlarşdırmaq üçündür. Buna oxşar bir mənanı İslam alimlərindən Nəvəvi də "Müslimin şərhi"ndə qeyd etmişdir. Doğrusunu Allah bilir!