Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Oruc tuta bilməyən yaşlılar və xəstələr nə etməlidirlər?
Sağalmayan xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməyən adam orucunu açmalı və hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidir. Allah təalə buyurur: ‘Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər….’ (əl-Bəqərə: 184). Ibn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində deyir: ‘Ayə, oruc tuta bilməyən qoca kişi və qadınlar haqda nazil olmuşdur. Onlar hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidirlər’ (Buxari rəvayət etmişdir). Ona görə də anan hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Yeməyin miqdarı isə təxminən 1,3 kq yeyinti məhsulundan ibarət olmalıdır. Əgər yedizdirməyə imkanı yoxdursa onda ona günah yoxdur. Sən onun əvəzinə yedizdirə bilərsən. Bu əməlin yaxşılıqdandır və Allah təalə yaxşılıq edənləri sevir!