Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Ramazan gəlişi münasibəti ilə təbrikləşmək

SUAL:
Ramazan ayı gələndə bəzi insanların bir-birini təbrik edib: «Ramazan ayın mübarək olsun» deyirlər. Bunun şəriətdə əsli var?
CAVAB:

Ramazan ayının gəlməyi münasibətilə edilən təbriklər də heç bir problem yoxdu, çünki Peyğəmbər (s.ə.s) səhabələrini Ramazan ayının gəlməsi münasibətilə müjdələyərdi və onları saleh əməllər görməyə təşviq edərdi. Uca Allah belə buyurur: «De: ‘Allahın ne’məti və mərhəməti ilə – ancaq onunla sevinsinlər.» (Yunus surəsi, 58) Bu ayın gəlməsi münasibətilə təbrik etmək və fərəhlənmək xeyr əməllərə qarşı olan rəğbətə dəlalət edir. Səhabə və tabiinlər də Peyğəmbər tabe olaraq bir-birlərini Ramazan ayının gəlməsi münasibəti ilə müjdələyərdilər.