Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Dəstəmaz almağın qaydası

SUAL:
Salam. Dəstəmaz alarkən başa, qulağa və boyuna necə məsh edilir. Şəhadət barmağı ilə edilməlidirmi? Qollar əllərdən dirsəyə yuyulur, yoxsa əksinə?
CAVAB:

Aleykum salam.

Başa məshin qaydası sünnəyə görə aşağıdakı kimidir:

İki əlimizi isladırıq və başın ön hissəsindən, yəni kəkildən başlayaraq başın arxa (qafa) hissəsinə qədər iki əlin içini sürtürük. Sonra qafa hissədən əlləri yenidən önə sürtə-sürtə qaytarırıq.

İki əlin şəhadət barmaqları ilə qulaqların içini silirik və baş barmaqları da qulaqların çöl hissəsinə çəkirik.

Boyuna məsh çəkməyə ehtiyac yoxdur.

Qolları barmaqların ucundan dirsəyə tərəf dirsək də daxil olmaqla yuyuruq.