Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Namaz

SUAL:
Es selemu aleykum va rahmetullahı ba berakatuhu.. Secdede olduğun zaman dabanlari bileşdirmek ve ya birleşdirmemek haqqinda hedis var? Allah elminizə bərəkət versin
CAVAB:

Vaaleykum salam va rahmatullah va barakatuh

Bu məsələdə alimlərin məşhur iki rəyi var:

1. Səcdə zamanı dabanlar birləşdirilməz. Bu rəy əksər alimlərin rəyidir. İstinad etdikləri hədis isə səhabə Əbi Humeydin bu sözüdür: "Allah rəsulu -sallalahu aleyhi və səlləm- səcdə etdiyi vaxt budlarını bir-birlərindən ayırardı." (Əbu Davud: 735) Onlar bu hədisi belə anlamışlar: budlarını və həmçinin budlara tabe olarar dizlərini və dabanlarını da bir-birlərindən ayırırdı. (Bax! Neylul-Avtar 2/297) Amma göründüyü kimi hədisin bu mənaya dəlaləti açıq deyil.

2. Səcdə zamanı dabanlar birləşdirilər. şeyx Albani, İbn Useymin kimi alimlərin bu rəyə üstünlük vermişlər. Dəlilləri isə, Aişə anamızın sözüdür. Belə ki, o, Peyğəmbəri -sallalahu aleyhi və səlləm- gecə namazında səcdə halında dabanları bitişik və ayaq barmaqları qibləyə doğru olduğu halda görmüşdü. (İbn Xuzeymə 1/328, İbn Hibban 5/260: hədis səhihdir)

Göründüyü kimi 2-ci rəy haqqa daha yaxındır. Çünki hədisin mənası və dəlaləti açıq-aydındır.

Doğrusunu Allah bilir!