Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Səid Nursinin kitabları haqda

SUAL:
Əssalmu aleykum. Sain nursinin kitablarını oxumaqda hər hansı qəbahət varmı ? O kitablar da Qurana və sünnəyə zidd mövzular varmı?
CAVAB:

Vaaleykum salam va rahmətullah

Bu cür kitabları oxumağı tövsiyə etmirik. Ümumiyyətlə, bidət əhlindən və onların əsərlərindən uzaq durmaq lazımdır. Ola bilər hansısa kitabda maraqlı, qulağa xoş gələn nəisə olsun, lakin bu həmin kitabı oxumağın icazəli olmasına rəvac vermir. Çünki bu tip kitablar insanı sünnətə yönəldən kitablar deyildir. Əhli-sünnət alimlərinin kitablarını oxumaq kifayət edər. Allah şükürlər olsun ki, doğma dilimizə onlarla kitablar tərcümə olunub ki, bir çoxsu da saytımızda mövcuddur. Həmin materiallardan istifadə etməyinizi tövsiyə edirik.

Səid Nursi Bədüzzamanın kitablarında və davamçılarında olan zəlalətlərlə əlaqəli isə çalışarıq yaxın zamanlarda elmi bir məqalə hazırlayaq.