Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Sufilərin zikri metodu
Təbii ki, sufi təriqətləri müxtəlif növdür. Onlardan bəziləri uca, bəziləri isə alçaq səslə zikr edirlər, daha doğrusu belə etdiklərini iddia edirlər. Uca səslə "zikr" edənlərin bir qismi isə oturaq, ya da ayaq üstə olduqları halda başlarını ya sağa-sola, ya da ki, önə tərəf yellədirlər. Hətta bəziləri əl açıb rəqs edir. Buna sufilikdə vəcdə gəlmək deyilir. Yəni "ilahi eşqlə" bihuş olma. Şübhə yoxdur ki, bütün bunlar bidət və zəlalətdir, xurafatdır. İslam dinində bu kimi əməllərin yeri yoxdur. Nə Allah rəsulu, nə də onun əshabı bu cür zikr etməyiblər. Bu nə Qurandə, nə də hədislərdə mövcuddur.