Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Musiqi qəti şəkildə haramdırmı ?

SUAL:
Salam mənim belə bir sualım var, Musiqi qəti şəkildə harammıdır ? Mən biraz araşdırdım ancaq ümumi bir cavab tapa bilmədim hər ağızdan bir səs çığır buna görədə məndə musiqi haqqında öz düşüncəmi yazıb sizdən bunun doğru olub olmamasını örgənmək istəyirəm.Yazım biraz uzun oldu ancaq inşallah oxuyub cavablandırarsız . Düşüncəm : Ümumən musiqilərin böyük bir hissəsi insanı pis fikirlərə və s. səsləyir bunların haram olması heçdə qəribə deyil ancaq az saydada olsada bu başlığa aid olmayan musiqilər varki onlar haqqında qısaca yazmaq istəyirəm . 1~ İlahilər (əhli-sünnə aid olanlar) . 2~ Düşündürücü musiqilər - Bu musiqilər günümüz problemlərini musiqi vasitəsilə deyir, məsələn rep janrının təməli bu fikirdir (söhbət replərin mənalı,düşündürücü olanlarıdır digərlərindən danışmağa ehtiyyac yoxdur) 3~ Melodiyalar - sözsüz musiqilər yəni meelodiyalar bir şeylər örgənərkən va ya zehni bir işlə məşğul olanda insanı xarici dünyadan ayırıb işə diqqət yetirməyə kömək edir (mən programlaşdırma ilə məşğul oluram və bu metotla daha məhsuldar olur) 4~ Sadə musiqilər- Məndə bu növdə biraz qərarsızam bu növ sadəcə insanı sakitləşdiri pis fikirlərə çağırmır nədə sözlərinin mənaca ağırlığı olmurnn Mən qulaq asdığım musiqiləri yuxarıdaki kimi 4 yerə bölmüşəm sizdən xaişim bunların hansı haramdı , hansına qulaq asmaqda problem yoxdu desəniz çox sevinərəm dediyim kimi dəqiq bir məlumt tapa bilməmişəm İnşallah cavabınız beynimdəki sual işarələrini aradan qaldırar. Cavabınız üçün indiddən Allah razı olsun sizdən .
CAVAB:

Vaaleykum salam!

İslam dinində "musiqi haramdır" deyildikdə musiqinin sözləri deyil,  müsiqi alətləri nəzərdə tutulur. Musiqinin sözlərinə, yəni çalğı aləti olmadan zümzümə etməyə gəldikdə isə bu adi bir şerin və ya qəzələin və s.nəğməli şəkildə oxunmasına deyilir ki, bu da sözlərin mənasından asılı olaraq "icazəli" və "icazəsiz" olaraq iki hissəyə bölünür. Yəni bu növ nəğmələrin hamısı haram deyil. Əks halda, ananın körpəsinə laylası və hərbi marşlar da haram hesab edilməli olardı ki, hal-vəziyyət bunun tam əksidir. 

Musiqi alətlərinə gəldikdə isə, qadınlar üçün toy-bayram günlərində dəf çalmaları istisna, bütün çalğı alətləri, onların istifadəsi, dinlənilməsi, satışı, kirayəsi və s. hamısı Əhli-sünnətin icması ilə haramdır.

Faydalı ola biləcəyi ümüdi ilə aşağıdakı məqaləni oxumağınızı məsləhət görərdik:

Musiqi dinləyən qardaşa nəsihət