Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Kart və domino oynamaq haramdır??

SUAL:
Salamun aleykum. Kart , domina oyunlarını oynamaq haramdır?? Ortalıqda heç bir pul olmadan , sadəcə ele bele kart oynamaq olar?
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Bu məsələ müasir alimlər arasında ixtilaflı bir məsələ olsa da, əksər alimlər haram olduğunu qeyd etmişdir. Çünki əslində səhih hədislər ilə haram qılınmış nərd (zər oyunlarının) haram qılınma səbəbi dominoda da mövcuddur. Sadəcə olaraq oyunun şəkli fərqlidir. Kart oyununa gəldikdə isə bunda kafirlərə, asilərə bənzəmək və s. səbəblər vardır ki, bu da şəriətimizdə haram qılınmışdır. Ona görə də, sizə bu kimi oyunlardan uzaq durmağı, vaxtı daha faydalı işlərlə səmərəli bir şəkildə keçirtməyi, habelə nəfsi dincəltmək və istirahət yönündən digər halal və faydalı olan oyunlara yönəlməyinizi tövsiyyə edirik.