Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)
Əvvələ qayıt
Söylədiyim bir yalanı gizlədə bilərəmmi?
Vaaleykum salam va rahmatullah
İstər yalan olsun, istərsə də digər hər hansısa bir günah, əsas olan odur ki, həmin günaha görə sadiq qəlblə Uca Allaha tövbə edəsiz və bir daha o günaha qayıtmayasız. Həmin günahı, yaxud yalanı dilə gətirməyə, yəni Allahın gizlətdiyi bir şeyi aşkara çıxartmağa isə lüzum yoxdur. Allahın qulunun günahını insanlardan gizləməsi ona qarşı rəhmətidirsə, bəndənin öz günahını aşkara çıxartması isə öz nəfsinə qarşı olan zülmüdür.