Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Fanta , kola içmək haramdır mi?

SUAL:
Salamun aleykum. Meni bir sual maraqlandırır xahiş edirəm cavab verediz. Cola, fanta kimi qazlı içkileri içmek haramdır?
CAVAB:

Vaaleykum salam

Xeyr, bu növ içkiləri içmək haram deyildir.

Birincisi, ona görə ki, Uca Allah haram etdiyi istisnai şeyləri çıxmaq şərti ilə yer üzündə olan hər şeyi bizlər üçün halal etmişdir. Uca Allah buyurur: "Yer üzündə olanların hamısını sizə görə xəlq edən  Odur" (əl-Bəqərə, 29).

İkincisi, ona görə ki, bu cür içkilərin haramlığına dair heç bir alim fətva verməmişdir. Uca Allah buyurur: "Bilmədiklərinizi bilənlərdən soruşub öyrənin!" (ən-Nəhl, 43).