Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

Cizyənin ödənmə qaydası

SUAL:
Əs-salamun aleykum əziz tövhid əhli. Bir sualım var, zəhmət olmasa cavablandırardız. Cizyə hər fərd üçün ayrı məbləğdəmi təyin olunu? Məsələn bir nəfər öz dini xristianlığı yaşamaq istəyir ölkənin öndə gedən imkanlı şəxsidi, biri də kasıb bir fəhlədir. Hər ikisinə eyni cizyə kəsilir yoxsa imkana görə dəyişirmi? Əs-səlamun aleykum.
CAVAB:

Va aleykum əssələm. Cizyə fərqli təyin olunur. Müsəlman əmir sahibi insanların yaşadıqları yerə, təbəqələrinə, qazanc formaların görə cizyə təyin edərdi. Cizyələrin məqsədi Müsəlman əmirin islamı qəbul etməyən kafirlərin əmin amanlıqlarını təmin etmək üçün çəkəcəyi xərcləri qarşılamaqdır. Həmçinin, kafirlərin də müsəlmanların izzət sahibi olmalarını hiss etmələri üçündür. İslamla izzətlənmək onların da arzusuna çevrilir və islamı qəbul etmələrinə səbəb olurdu.

Allah ən düzünü bilir.