Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır. (Nəhl 125)

"Allah nə varlıq aləminin daxilindədir, nə də xaricindədir" məqaləsi barədə.

SUAL:
Salam Aleykum "Allah nə varlıq aləminin daxilindədir, nə də xaricindədir" şübhəsinə cavab adlı məqalənizdə belə yazmısız: "Tabiin və ətbəut-tabiin zamanında olan rəy məhz bu iki rəy (yəni Allahın Ərşin fövqündə: məxluqatından ayrı olması və Allahın məxluqatına hülul edib hər yerdə olması rəyləri) idi. Ümumilikdə isə bu iki rəy ağlabatan rəylər idi (yəni haqq, yaxud batil olmasından asılı olmayaraq bu iki rəyi ağıl və məntiq qəbul edə bilirdi)." Burada yazdığınıza əsasən, yəni Allah həm Ərşin fövqündədir, məxluqatından ayrıdır və həm də hər yerdədir? Hər yerdə olma hissəsini düzgünmü anladım? Onu soruşmaq istəyirdim. Allah razı olsun.
CAVAB:

Vaaleykum salam va rahmatullah!

Xeyr, həmin yeri düz anlamamısınız.

Stat: "Tabiin və ətbəut-tabiin zamanında olan rəy məhz bu iki rəy (yəni Allahın Ərşin fövqündə: məxluqatından ayrı olması və Allahın məxluqatına hülul edib hər yerdə olması rəyləri) idi. 

Yəni, haqq və batil olmasından aslı olmayaraq, mövzu ilə əlaqədar müsəlmanlar arasında cəmi iki rəy var idi. Ona görə də, məqalədə ardınca belə qeyd edilib:

Ümumilikdə isə bu iki rəy ağlabatan rəylər idi (yəni haqq, yaxud batil olmasından asılı olmayaraq bu iki rəyi ağıl və məntiq qəbul edə bilirdi)." 

Təbii ki, haqq olan rəy Uca Allahın Ərşin fövqündə olması etiqadı idi. Lakin bu haqq olan etiqadın müqabilində bir də batil olan etiqad var idi. O da, Uca Allahın məxluqatına hülul etməsi etiqadı idi. Batil olmasına rəğmən, bu etiqad məntiqi yöndən qeyri-mümkün deyildi. Yəni bir şeyin haqq və ya batil olub-olmaması bir şey, onun məntiqi yöndən mümkün olub-olmaması isə tamam ayrı bir şeydir. Daha sonralar isə bəzi Əşarilər gələrək üçüncü bir rəy (Allahın nə aləmin xaricində, nə də daxilində olması) ortaya qoydular ki, bu rəy batil olması ilə yanaşı, həm də ağla və məntiqə ziddir. Məqalədə anlatılmaq istənilən məsələ budur.

Məqaləni oxumaq istəyən üçün:

"Allah nə varlıq aləminin daxilində, nə də xaricindədir" şübhəsinə cavab